Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

İlahiyyatçıya 3 il həbs cəzası verildi [yenilənib]


Sərdar Babayev
Sərdar Babayev

İlahiyyatçı Sərdar Babayev 3 il azadlıqdan məhrum edilib. İyunun 3-də Masallı rayon Məhkəməsində hakim Anar Alməmmədov hökm çıxarıb.

Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. S.Babayevə CM-in 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə verilmiş ittihamın məhkəmədə də sübuta yetirildiyini deyən prokuror ilahiyyatçının 4 il azadlıqdan məhrum edilməsini təklif edib.

Ardınca S.Babayevin vəkilləri çıxış edərək, onun günahsız həbsdə saxlandığını bildiriblər. Müdafiəçilər ilahiyyatçı haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

***Buna da bax-İlahiyyatçının məhkəməsindəki şahid onu şəxsən tanımırmış

Daha sonra S.Babayev özü də son sözündə deyib ki, o, heç bir cinayət törətməyib:

«Mən, sadəcə, Allahın buyurduğu ibadəti yerinə yetirmişəm».

Qısa müşavirədən sonra hakim S.Babayevə 3 il həbs cəzası verilməsi haqda hökmü elan edib.

İlahiyyatçının vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.

Olaya münasibət bildirən yerli rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Buna da bax:​ Həbsdəki ilahiyyatçının şikayəti təmin olunub

Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

İlqar İbrahimoğlu: “Biabırçı, dövlətə, millətə utanc gətirən qərardır”

“Təəssüflər olsun ki, müstəqillik illərində ilk dəfədir ki, bir ruhanini konkret olaraq namaz üstündə həbs edirlər. Bu dövlətimiz üçün hər mənada bir müsibətdir”.

Buna da bax:​ Şeyxin səlahiyyətləri artırılır

DEVAMM-in rəhbəri İlqar İbrahimoğlu
DEVAMM-in rəhbəri İlqar İbrahimoğlu

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu iyulun 3-də Masallı rayonunda ilahiyyatçı Sərdar Babayevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini Turan-a şərh edərkən belə deyib.

“Hər mənada dövlət üçün, insanlarımız üçün biabırçı, dövlətə, millətə utanc gətirən qərardır. Sovet dönəmindən sonra din, etiqad azadlığı sahəsindəki göstəriciləri sıfırlamağa yönələn qərardır. İbadət etmək hüququ insanların təməl hüquqlarındandır. Sərdar Babayev faktiki olaraq xaricdə dini təhsil almasına, sonra da cümə namazı qılmasına görə həbsə atılıb”, – deyən İ.İbrahimoğlu əlaqəli dini qurumların bu olaya səssiz qalmasından da narahatlığını ifadə edib.

“Təəssüf edirik ki, bu məhkəmə davam etdiyi müddətdə dini məsələlərə görə rəsmi məsuliyyət daşıyan Qafqaz Müsəlmanları İdarəsi, oradakı dindar insanlar buna neytral qaldılar, münasibət bildirmədilər. Halbuki birmənalı mövqe ortaya qoyulmalı idi. Çünki söhbət dindən, ibadətdən, namazdan gedir. Sərdar Babayev o adam idi ki, QMİ-nin qazisi onu dəvət etmişdi. Belə olan halda sükuta dalmaq heç bir halda mümkün deyildi”.

Buna da bax:​ Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

DEVAMM sədri ümid edir ki, müdafiənin növbəti mərhələsində - apellyasiya instansiyasında məsələyə çözüm tapılacaq.

İlahiyyatçı Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsinə Qafqaz Müsəlmanları İdarəsindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

S.Babayev bu il fevralın 22-də saxlanılmışdı. O Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilir. Bu gün, iyulun 3-dəsə Masallı rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Buna da bax:​ İlahiyyatçının müdafiə konfransı keçirilib

Məhkəmə prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi bildirir ki, S. Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosu-na dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG