Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:31

O da İstiqlal Bəyannaməsinə imza atmışdı...


Hacı Səlim Axund Axundzadənin “Azərbaycan torpağına türbət demişəm” kitabı

Dekabrın 7-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Cümhuriyyətinin Parlament üzvü Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, təqdimat 7 dekabr-Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə düzənlənib.

Tədbirdə alimlər, tarixçilər, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak ediblər.

Buna da bax:​ Tarix muzeyində Rəsulzadənin nitqi olan monitor

Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəranda ziyalı ailədə doğulub.

Atası Mirzə İsmayıl Qasir tanınmış şair və maarifçi olub.

İlk təhsilini atasının üsuli-cədid məktəbində alıb, sonra Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olub.

Türkiyə və bir sıra Avropa ölkələrinə uzunmüddətli səyahətə gedən Axundzadə vətənə qayıtdıqdan sonra burada cərəyan edən siyasi hadisələrdə iştirak edib.

Buna da bax: Təəssüf ki, bu gün Azərbaycan Rəsulzadənin görmək istədiyi sırada deyil...

O, 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olub, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərib.

1918-ci il mayın 28-də Milli Şuranın üzvü Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbuluna imza atıb.

Hacı Səlim Azərbaycan Cümhuriyyəti Parlamentinin Müsavat və Bitərəflər fraksiyasının üzvü olub.

Bolşevik işğalından sonra mühacirətə getməyə məcbur qalıb.

Buna da bax:​ Daha bir faciəli cümhuriyyətçi həyatı - Murtuza Axundzadə

İranda yaşayır və mübarizəni dayandırmır.

Hacı Səlim 1930-cu ildə 58 yaşında dünyadan köçür.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə yazdığı “Xatiratıdır”.

Kitabın tərtibatçısı Tufan Axundovdur.

XS
SM
MD
LG