Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

'Pozuntular o qədər yüksək səviyyədə gerçəkləşdirildi ki,..'


11 aprel prezident seçkilərində olanlar [Yekun video]
Gözlə

No media source currently available

0:00 0:06:25 0:00

11 aprel prezident seçkilərində olanlar [Yekun video]

Seçkiyə və ona verilən rəylərə iki fərqli baxış

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ( AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu il aprelin 11-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini demokratik adlandırıb.

O, bu barədə AzadliqRadiosunun suallarını cavablandırarkən bildirib.

Məhərrəm Zülfüqarlı deyib ki, başqa region ölkələrindən fərqli olaraq belə bir seçkinin keçirilməsinə sevinmək lazımdır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə fərqli düşünür.

Anar Məmmədli hesab edir ki, seçki prosesi rəqabətsiz, alternativsiz və qanun pozuntuları şəraitində keçib:

“Pozuntular o qədər yüksək səviyyədə gerçəkləşdirildi ki,...”.

“Seçki günü gözləntilərin əksinə, xeyli qanun pozuntusu ilə yadda qaldı. Halbuki, alternativsizlik şəraitində keçirilən seçkilərdə bu səviyyədə qanun pozuntuları olmamalıydı.Pozuntular o qədər yüksək səviyyədə gerçəkləşdirildi ki, təəccüb etdim”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki rəyi barədə suala da fərqli münasibətlər sərgilənib.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

Məhərrəm Zülfüqarlı:

“Deyirdim ki, Azərbaycan hökumətinə təzyiq göstərmək üçün qərəzli bəyanatlar verəcəklər, belə də oldu. Bunun səbəbi odur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) birbaşa ABŞ-ın nəzarəti altındadır. Azərbaycan da Türkiyənin müttəfiqi olduğundan Ankaraya olan təzyiqlərin onun müttəfiqinə də göstərilməsi üçün 11 aprel seçkilərindən sui-istifadə edilir. Ona görə də DTİHB-inrəyini də əvvəlki seçkilərdə səslənən hesabatları kimi qərəzli, əvvəlcədən hazırlanmış hesab edirəm. Müşahidəçilərin mütləq əksəriyyəti deputatlardan deyil, Avropa ölkələrinin xarici işlər naziriklərinin aşağı səviyyəli işçiləri idi ki, yüksək maaş müqabilində Bakıya gətirmişdilər. Məmurlar da adətən öz dövlətlərinin maraqlarını yerinə yetirməklə məşğuldurlar, belə adamlar obyektiv müşahidə apara bilməzlər”.

Buna da bax: Avropa İttifaqından seçki bəyanatı

Anar Məmmədli vurğulayıb ki, seçkinin 4 mühim prinsipi var.Ədalətlilik, azadlıq, şəffaflıq və rəqabətlilik. Onun fikrincə, bunların hamısı pozulub:

“Sözü gedən seçki missiyası bunlardan birini, rəqabətliliyi açıq dilə gətirib. Digər məsələlərə dolayısı ilə toxunub. Baxın,hesabatda deyilir ki, siyasi azadlıqlar məhdudlaşdırılıb, ədalətli yarış pozulub, şəffaflıqla bağlı problemlərə toxunulub. Amma “seçki demokratik keçirilməyib” söyləmirlər. Bildirir ki, hakimiyyət 7 il müddətinə rəqabətsiz şəraitdə qalib gəlib. Amma diplomatic dildə bu ağır ifadələrdir. Rəqabət və siyasi şəraitinin olmaması nə deməkdir?”

Anar Məmmədli
Anar Məmmədli

“Əgər hökumət bu müşahidə missiyasını özü dəvət edibsə,indi onu belə kəskin tənqd etməsinə səbəbi nədir” sualına Məhərrəm Zülfüqarlı belə cavab verib:

“Tapşırıqla gəlmişdlər və ...”

“Ümumiyyətlər, DTİHB-ni Amerikanın bir çox ştatlarında keçirilən seçkilərə belə buraxmırlar. Azərbaycan Avropa Şurasının üzvü kimi qərəzli siyasətə baxmayaraq onları seçkini müşahidəyə dəvət edir. Düzdür, Azərbaycan hökuməti onları dəvət etməyə də bilərdi, amma bu addımı atmayanda hücumlar daha çox olacaqdı. Ümumilikdə 60 minə qədər müşahidəçi vardı, amma DTİHB-dən 280 nəfərlə gəlmişdlər, amma tapşırıqla gəlmişdlər və öz missiyalarını yerinə yetirdilər. Bilirsiniz, Qərbə sabit Azərbaycan lazım deyil. Daha çox Ukrayna və Suriya kimi dağınıq ölkə lazımdır ki, istədikləri şəkildə idarə etsinlər. ”.

Buna da bax: Prezident köməkçisi: ‘Müşahidə Missiyasının bəzi üzvləri…’

Anar Məmmədli isə hesab edir ki, hokumətin DTİHB-niseçkini müşahidəyə dəvət etməsinin başlıca səbəbi qurumun Bakının da əməkdaşlıq etdiyi Avropa strukturlarında mötəbər seçki institutu kimi tanınmasıdır:

“Əgər, hökumət onu dəvət etməsəydi, daha acınacaqlı durum yaranardı. Çünki DTİHB-in müşahidə etmədiyi seçki xeyli dərəcədə səs-küyə səbəb olacaqdı. Məncə, aprelin 12-də həmin müşahidə missiyasının keçirdiyi mətbuat konfransında hay-küy və son bir neçə gündə rəsmilərin verdikləri açıqlamalar daxili ictimai rəyi çaşdırmaya yönəlib. Beynəlxalq aləmdə bu hadisə gülüşlə qarşılanacaq və aparılan kampaniyanın heç bir əhəmiyyəti yoxdur”.

ATƏT-in konfransında qalmaqal
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Bu gün, aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekununa dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə də qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Zahid Orucun 3,12, Sərdar Cəlaloğlunun 3,03, Qüdrət Həsənquliyevin 3,02, Hafiz Hacıyevin 1,52 , Araz Əlizadənin 1,38, Fərəc Quliyevin 1,17, Razi Nurullayevin isə 0,74 faiz səs topladığı açıqlanıb.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqlayıb.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi yazılıb. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG