Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:24

Rusiya dövlət neft şirkəti rəhbərinin 300 milyon dollarlıq qəsr tikdirdiyi iddia olunur


Igor Sechin
Igor Sechin

Rusiyanın Baza internet layihəsi Rusiyanın dövlət neft şirkəti Rosneftin rəhbəri Igor Sechin-in Moskva yaxınlığındakı Barvixa qəsəbəsində dəyəri 18 milyard rubl olan (283 milyon dollar) qəsr tikdirməsinə dair araşdırmanının hesabatını dərc edib.

Təhqiqat jurnalistləri deyirlər ki, Sechin-in tikdirdiyi bu sarayın puluna bütöv Altay diyarı və Adıgey Respublikası bir il müddətindıə yaşaya bilərdi.

Bundan başqa Rosneft rəhbərinin 2016-cı ildə illik maaşının 800 milyon rubl olduğu nəzərə alınarsa, bu tikinti üçün o yemədən və içmədən 23 il pul toplamalı idi.

Barvixadakı qəsrlər
Barvixadakı qəsrlər

Tunlel, liftlər, süni göl və süni çaylar

Bu təhqiqatın aparılmasında əsas rolu Sechin-in qəsrinin tikintisinə “yerləşdirilmiş” Baza jurnalisti oynayıb.

Həmin jurnalist xəbər verir ki, Sechin 8 hektarlıq ərazidə əslində üç ev tikir. Bu evlərtin iki zirzəmi və üç üst mərtəbəsi var.

Evlərin tavan hündürlüyü 6 metrdən 12 metrədəkdir.

Alt mərtəbələr qulluqçular və mühafizə xidməti üçün nəzərdə tutulub. Mərtəbələr arasında lift quraşdırılır.

Malikanənin ümumi yaşayış sahəsi 25 min kvadrat metr olacaq.

Bundan başqa Sechin öz evi ilə qonaq zalları arasında yeraltı tunel qazdırıb.

Tunelin uzunluğu 40, eni isə 6 metrdir. Rosneft rəhbərinin düşüncəsinə görə bu tuneldə iki avtomobil yanaşı və ya qarşı-qarşıya hərəkət edə bilməlidir.

Sechin-in layihəsinə görə malikanənin ərazisində düzəlduilmiş dağdan süni gölə çaylar axmalıdır.

Baza nəşrinin məlumatına görə bu malikanənin tikintisi ilə Metropolis memarlıq bürosu məşğuldur. Bu şirkət əvəllər Skolkovo üçün obyektlər, Siemens şirkəti üçün qərargah və ZİL zavodunun ərazisində üzgüçülük hovuzunu tikib.

Bununla belə qəsri kimin tikdirdiyi rəsmən məlum deyil. İnşaatçılar arasında gəzən şayiələrə görə kimsə bu sarayı Sechin üçün onun hansısa xidmətlərinə görə hədiyyə olaraq tikdirir.

Baza jurnalistləri obyekti Rusiya Qvardiyasının mühafizə etməsinə baxmayaraq qəsrin tam planını əldə edə biliblər.

Tikintidə bütün mobil telefonlar qadağan olunub. Kiminsə üstündən mobil telefon çıxarsa, onu dərhal işdən azad edirlər.

Sechin-in özü obyektə baş çəkməli olanda bütün fəhlələrə istirahət günü verilir, beləki onun üzünü heç kim görməməlidir.

Bağışlananın geri alınması

Bu da bildirilir ki, qəsr Rosneft rəhbərinin keçmiş ikinci arvadı – Olga Rojkovanın keçmiş evinin ərazisində tikilir.

Jurnalistlərin verdiyi məlumata görə bir neçə il əvvəl Sechin ona Barvixa qəsəbəsində torpaq hədiyyə edib. Buna baxmayaraq Sechin boşanmadan sonra buradakı evi təməlindən sökdürüb.

Lakin tikintinin aparıldlığı bütün ərazi Rusiya torpaq reyestrinə görə dövlət mülkiyyətindədir.

Ruisya reyestr idarəsinin torpaq sahiblərinin adlarını açıqlaması qadağandır.

Baza layihəsinin məlumatına görə bu qadağan Rusiya baş prokuroru Igor Caika-nın oğlanlarının, Rostexin rəhbəri Sergey Chemezovun və habelə jurnalist Ivan Golunovun şərlənməsinin sifarişçiləri olduqları iddia edilən FTX polkovniki Marat Medoyev və FTX general-polkovniki Aleksey Dorofeyevin ev və torpaq sahələrinin gizlədilməsinə xidmət edib.

Rosneft şirkəti mətbuat xidmətinin rəhbəri Mikhail Leontyev Sechin-in adına bağlanan mülkiyyətə dair suallara cavab verərkən deyib ki, Rosneft rəhbərinin mülkiyyəti barədə məsələ mətbuat xidmətinin səlahiyyətlərinə aid deyil və “şəxsi həyatın mühafizəsi qanunla qorunur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG