Keçid linkləri

2026, 10 İyul, cümə, Bakı vaxtı 16:52

Saytların müvəqqəti bloklanacağı hallar artdı

Siyahıya 'təhqir və böhtan' əlavə olunur – saytlar məhkəməsiz bloklana bilər
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Siyahıya 'təhqir və böhtan' əlavə olunur – saytlar məhkəməsiz bloklana bilər (ARXİV)

İnternet resurslarının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşdirilir. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişikliklər edilir.

İyulun 10-da parlamentdə qəbul edilən dəyişiklik layihəsinə əsasən, daha bir sıra hallarda müvafiq icra hakimiyyəti orqanı internet resurslarına girişi məhkəmə qərarınadək müvəqqəti məhdudlaşdıra biləcək.

Söhbət əsasən aşağıdakı hallardan gedir:

Narkotik vasitələrin təbliği: Bu maddələrin hazırlanması, istifadəsi, satışı və kultivasiyası barədə məlumatlar.

Şəxsi hüquqların pozulması: Təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan kontentlər.

Təhlükəli dezinformasiya: İnsanların sağlamlığına, əmlaka və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan yalan məlumatlar.

Qanunvericilik bundan əvvəl də müvafiq icra hakimiyyətinə bu salahiyyəti verirdi.İndiki halda isə saytların müvəqqti bloklanmasına imkan yaradan hallar genişləndirilir.
Əvvəl isə buna qanunun 13-3.3. maddəsi imkan verirdi.Yəni, dövlətin, cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı, insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda.

Müstəqil ekspertlər bu addımı rəqəmsal cinayətkarlıqla mübarizədə mühüm saysalar da, yeni mexanizmin saytların əsassız bloklanması riskini artıra biləcəyini də vurğulayırlar.Onların fikrincə,bununla hökumətin bir çox saytları məhkəmyə qədər bloklaması daha asan olacaq.

Azərbaycanda internet saytlarının bloklanmasına əsasən 2017-ci ilin martından başlanılıb. Həmin vaxt heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosu (azadliq.org), "Azadlıq" qəzeti (azadliq.info), MeydanTV (meydan.tv), ölkə xaricindən yayımlanan "TuranTV" (turan.tv) və "Azərbaycan saatı" televiziya proqramının (azerbaycansaati.org) saytları bloklanıb. Yalnız 2017-ci il mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara girişin məhdudlaşdırılması ilə bağlı rəsmi qərar qəbul edib. Həmin resurslar dövlətin maraq və təhlükəsizliyinə zidd materiallar yaymaqda günahlandırılsa da, müdafiə tərəfi məhkəmədə iddianın əsassız olduğunu bildirərək ittihamları təkzib edib. Sonrakı dövrlərdə ölkədə daha bir çox sayt bloklanıb.

XS
SM
MD
LG