Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

'Sarkisyan Saakaşvilinin bacarmadığını edə bildi' - Politoloqun şərhi


Serzh Sarkisian (Arxiv)
Serzh Sarkisian (Arxiv)

Politoloq Mikael Zolyan hesab edir ki, Ermənistanın parlament respublikasına çevrilməsinin nəzəri olaraq Qarabağ məsələsinə də təsiri ola bilər. Yəni əgər prezident respublikasında hansısa sazişin bağlanmasına, güzəştlərə görə məsuliyyət prezidentin üzərinə düşürdüsə, Parlament respublikasında məsuliyyət bölüşdürülür, qərarı parlamentydə təmsil olunan partiyalar birlikdə verir...

"İşi elə düzüb-qoşublar ki, avroplalıların deməyə sözü olmasın. Axı Avropanın bir çox ölkələrində parlament idarəçiliyi sistemi mövcuddur".

Bunu Ermənistanlı politoloq Mikael Zolyan deyir: O, Ermənistandakı son siyasi hadisələri, qarşıdakı baş nazir seçkilərini şərh edib.

Bir aydan sonra - aprelin 16-da Ermənistanda yeni baş nazirin kimliyi bəlli olmalıdır.

İndiki prezident Serj Sarkisyan hələ də baş nazir olub-olmayacağını aydın bildirməyib.

Amma Ermənistanda müxalifət qüvvələri Sarkisyanın baş nazir seçilib ölkəyə rəhbərliyi davam etdirməyə cəhd göstərəcəyindən narahatdırlar.

Zolyan deyir ki, Azərbaycan prezidentindən fərqli olaraq Serj Sarkisyan üçüncü prezidentliyə getmədi, buna görə kiminsə indiki məqamda onu hakimiyyətdə qalmaqda ittiham etməsi mümkün deyil.

Politoloq hesab edir ki, Sarkisyan Saakaşvilinin yolunu tutub, yəni prezidentlikdən getmək, ölkəni parlament respublikasına çevirmək və baş nazir seçilmək.

Fərq yalnız ondadır ki, Saakaşvili seçkidə istədiyi nəticəni əldə edə bilmədi və planı baş tutmadı.

Ermənistanda isə hər şey hakim partiyanın istəyinə uyğun gedir.

Yeni prezident də seçilib və səlahiyyətlərinin icrasına başlayanacan Sarkisyan ölkəni idarə edir.

Mikael Zolyan
Mikael Zolyan

Hakim partiyanın təmsilçiləri isə Sarkisyanın baş nazir seçilməsinin vacibliyindən danışmağa başlayıblar.

Zolyan deyir ki, ola bilsin, Sarkisyanın çox hiyləgər planı var və sonda onun hamını aldada bildiyi bəlli olacaq, amma hələ ki onu nədəsə ittiham etmək mümkün deyil.

Buna da bax: Ermənistanda ‘Sarkisyanın hakimiyyətdə saxlanmasına’ daha bir etiraz aksiyası olub

Bəs Gürcüstandakı kimi Ermənistanda da "boz kardinal" sisteminin tətbiqi mümkündürmü? Milyonçu Bidzina İvanişvili baş nazir seçilsə də, sonradan vəzifədən getmişdi, amma bir çoxları ölkənin hələ də faktiki olaraq onun göstərişləri ilə idarə olunduğunu deyirlər.

Zolyan düşünür ki, Sarkisyan "boz kardinal" variantına getməz, çünki Konstitusiya elə dəyişdirilib ki, baş nazirin malik olacağı səlahiyyətlər indi prezidentin malik olduğu səlahiyyətlərindən çoxdur.

Yəni Sarkisyan əksinə öz hakimiyyətini gücləndirməyə çalışır. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda baş nazir vəzifəsinə "super baş nazir" də deyirlər.

Politoloq hesab etmir ki, yeni siyasi sistem Avropadakı kimi demokratiyanın möhkəmlənməsinə xidmət edəcək:

"Əgər ölkədə ciddi bir dəyişiklik olmasa hakim partiya davamlı seçkilərdə qalib gələcək və istədiyi şəxsi baş nazir seçəcək. Bəlkə də 1-2 ildən sonra Sarkisyan hakimiyyəti əlində saxlaya bilməyəcək və onu Respublikaçılar Partiyasından başqa bir şəxs əvəzləyəcək. Amma bu əsl demokratikləşmə demək olmayacaq. Mən təəssüf edirəm ki, yeni Konstitusiya məhz oliqarxların əlində olan siyasi rejim üçün yol açır".

O ki qaldı Qarabağ məsələsinə, Zolyan hesab edir ki, nəzəri olaraq bunun mümkün sülh sazişinin bağlanmasına da təsiri ola bilər. Prezident respublikasında hansısa sazişin bağlanmasına, güzəştlərə görə məsuliyyət prezidentin üzərinə düşürdüsə, Parlament respublikasında məsuliyyət bölüşdürülür, qərarı parlamentydə təmsil olunan partiyalar birlikdə verir.

Amma Zolyan hesab edir ki, aprel döyüşlərinəcən sülhün əldə olunmasına müəyyən ümidlər vardısa, döyüşlərdən sonra, xüsusən də Azərbaycan prezidenti İlham Əliyevin Yerevanın tarixi Azərbaycan torpağı olması barədə dediklərindən sonra bu yöndə hansısa irəliləyiş gözləmək müşkül məsələyə çevrilib. "Hətta Sarkisyanın Qarabağ məsələsində hansısa təşəbbüslə çıxış etmək niyyəti varsa belə, düşünürəm ki, bunun elə bir perspektivi olmayacaq" - deyə Zolyan əlavə edib.

Buna da bax: Ermənistanda antiterror qanununa dəyişiklik narazılıq yaradıb

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG