Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

Ermənistanda antiterror qanununa dəyişiklik narazılıq yaradıb


Sasna Tsrer üzvləri məhkəmədə, arxiv fotosu
Sasna Tsrer üzvləri məhkəmədə, arxiv fotosu

Ermənistanda fəallar cinayət məcəlləsinə təklif olunan antiterror maddəsindən narahatdırlar. Onların fikrincə, bununla hökumətin tənqidi kriminallaşdırıla bilər.

Dəyişiklikdə yerli, yaxud beynəlxalq “terror cinayətləri”nin açıq şəkildə əsaslandırılması, təbliği və ya maliyyələşdirilməsinə görə 3 illik cəza nəzərdə tutulur.

“HÖKUMƏT RƏSMİSİNƏ QARŞI ƏN AŞIRI NİTQ BELƏ...”

Vanadzorda yerləşən Helsinki Vətəndaş Assambleyasının rəhbəri Artur Sakunts martın 14-də xəbərdarlıq edib ki, qanun qüvvəyə minərsə, hakimiyyət onun maddələrindən açıq debatlarda çıxış edən siyasi opponentlərini cəzalandırmaq məqsədiylə istifadə edə bilər.

*** Buna da bax: Kocharian-ı dindirməyə əsas tapılmır

O, terrorla mübarizəyə qarşı çıxmadığını bildirib, ancaq qanunvericilikdə nəyin “terrorçuluq” sayılacağının aydın ifadə olunmadığını deyib.

Hökumət rəsmisinə qarşı hətta ən aşırı nitq belə təqibə əsas verə bilməz, çünki bu, ictimai fikir kimi qorunur”, – Sakunts vurğulayıb.

O, 2016-cı ildə polislə Sasna Tsrer silahlı qrupu arasındakı qarşıdurmanı yada salıb. O zaman qruplaşma Yerevanın Erebuni rayonunda polis məntəqəsini ələ keçirmişdi, məntəqəni iki həftədən çox əlində saxlayandan sonra təslim olmuşdu.

O vaxtkı etirazlara silahlıların minlərlə tərəfdarı qoşulmuşdu, polislə toqquşmalar da olurdu. Hadisələrdə onlarla fəal saxlanmışdı.

Sakunts-un sözlərinə görə, onda xeyli sayda “neytral” vətəndaş polis məntəqəsinə zorakı basqına qarşı çıxırdı və təklif olunan qanunvericiliyə görə, bu tip situasiyada həmin şəxslər də saxlana bilər.

NAZİR TƏNQİDLƏRİ RƏDD EDİR

Digər insan haqları fəalı, Ermənistan Helsinki Komitəsinin rəhbəri Avetik Ishkhanian da bu qanun layihəsinin “məqsədli tətbiq oluna biləcəyindən” narahatlıq bildirib.

Ədliyyə naziri David Harutiunian isə tənqidləri rədd edir.

Bu qanun layihəsi konkret kimə görəsə hazırlanmayıb. Ziddiyyətli görünə biləcək hər bir addımda digər ölkələrin təcrübəsini öyrənirik”, – o deyib.

Nazir layihəni dəstəkləyənlərin vətəndaş cəmiyyəti, insan haqları fəallarının təkliflərini eşitməyə hazır olduğunu söyləyib.

*** Buna da bax: Sarkisyanın 'baş nazir olmasına imkan verməmək üçün' mitinqlər başlandı

Layihə hakim Respublikaçı Partiyasının sponsorluğuyla hazırlanıb. Parlamentdə müzakirəyə çıxarılacağı halda, qəbul olunacağı gözlənir. Hakim koalisiyanın 105 yerli parlamentdə 65 yeri var.

Parlamentdəki Yelk əsas müxalifət fraksiyasının cəmi 9 üzvü var, digər Tsarukian müxalifət qruplaşması 31 nəfərlə təmsil olunur, amma onlar da adətən hökumətin dəstəklədiyi layihələrə səs verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG