Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Sarkisyanın 'baş nazir olmasına imkan verməmək üçün' mitinqlər başlandı


Ermənistan - Azadlıq meydanında mitinq. 10 mart, 2018
Ermənistan - Azadlıq meydanında mitinq. 10 mart, 2018

Martın 10-da Yerevandakı Azadlıq meydanında "Ermənistan dövləti uğrunda" Fondun təşkilatçılığı ilə mitinq keçirilib.

Bu hərəkat hakimiyyətin dəyişməsini qarşısına məqsəd qoyub və öz çətiri altında ən müxtəlif siyasi təşkilatları və şəxsləri birləşdirməyə çalışır, onları eyni mövqedən çıxış etməyə dəvət edir.

Hərəkatın martın 10-da keçirdiyi ilk mitinqdə bildirilib ki, hərəkatın səyi nəticəsində hakimiyyət dəyişəndən sonra "müvəqqəti hökumət" yaradılacaq.

"Müvəqqəti hökumət"in ilk qərarı siyasi məhbusları azad etmək və yeni seçkilər təyin etmək olacaq.

"İrs" Partiyasının sədri Armen Martirosyan aksiyada deyib ki, hərəkat mahiyyətcə bitərəf mövqeyə malikdir və aprelin 9-da prezident kimi səlahiyyələri başa çatan Serj Sarkisyanın baş nazir kimi ölkəyə rəhbərliyi davam etdirməsini önləmək məqsədi daşıyır.

Martirosyan hesab edir ki, əgər hakim partiya Sarkisyanın baş nazirliyi ilə bağlı qərar versə, ölkədə vəziyyət daha da pisləşəcək, on minlərlə insan ölkəni tərk edəcək.

Buna da bax: Ermənistanın hakim partiyası müxalifətin namizədlərinə “açıqdır”

Hərəkatın növbəti mitinqini martın 16-a təyin edilib. Aprelin 9-dan isə mitinq 7 gün dalbadal keçiriləcək.

Martın 10-dakı mitinqdə parlamentdəki "Yelk" fraksiyasının lideri Nikol Paşinyan da iştirak edib.

Qeyd edək ki, Konstitusiyaya son dəyişikliklərdən sonra Ermənistan parlament respublikasına çevrilib.

Bundan sonra ölkədə ən səlahiyyətli şəxs parlamentin seçdiyi baş nazir olacaq.

Parlamentdə isə hakim Respublikaçılar Partiyası çoxluğa malikdir.

Bir müddət əvvəl hazırkı prezident Serj Sarkisyanın təşəbbüsü ilə hakim partiya Ermənistanın Böyük Britaniyadakı keçmiş səfiri Armen Sarkisyanın növbəti prezident olmasına "hə" deyib.

Serj Sarkisyan indiyəcən baş nazirliyə iddia edib-etmədiyinə aydınlıq gətirməyib, bu haqda suallardan yayınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG