Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:11

Ermənistanın hakim partiyası müxalifətin namizədlərinə “açıqdır”


Serzh Sarkisian
Serzh Sarkisian

Martın 6-da Ermənistanın hakim partiyası digər siyasi qrupları baş nazirliyə namizədlərini irəli sürməyə çağırıb. Bu ay ölkədə konstitusiya islahatı tamamlanır və baş nazir ölkənin ali postuna çevriləcək.

“ƏN LAYİQLİ NAMİZƏD”

Ermənistanın Respublika Partiyasının (HHK) parlament fraksiyasının rəhbəri Vahram Baghdasarian deyib ki, partiyası müxalifətin namizədlərinin müzakirəsinə hazırdır, amma başqa partiyalardan namizəd irəli sürən olmayıb.

*** Buna da bax: Armen Sarkisian Ermənistan prezidenti seçildi

Baghdasarian-ın fikrincə, HHK-nın lideri, prezidentlikdən getməkdə olan Serzh Sarkisian ölkənin növbəti baş naziri olmağa hamıdan çox layiqdir.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal edib. Baghdasarian deyir ki, Sarkisian “bu ağır yükü hamıdan yaxşı daşıya bilər”.

HHK-nın bir neçə üzvü də Sarkisian-ın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib. Elə onun özü də belə bir ehtimalı istisna etməyib. Amma 2014-cü ildə demişdi ki, təklif etdiyi konstitusiya dəyişikliklərinə uyğun olaraq Ermənistan parlament respublikasına çevrilərsə, o, baş posta “iddia etməyəcək”.

Koalisiya tərəfdaşı Dashnaktsutyun-la birlikdə HHK parlament çoxluğuna sahibdir və rahatlıqla öz namizədini ölkənin baş naziri postuna gətirə biləcək.

SARKİSİAN-A XƏBƏRDARLIQ

Amma Ermənistanın azı bir müxalifət qrupu Sarkisian-a xəbərdarlıq edib ki, hakimiyyətdən kənar dursun.

Serzh Sarkisian vədinin ziddinə gedərək baş nazirliyə namizədliyini versə, bu, ölkədə siyasi durumu kəskin gərginləşdirə bilər”, – parlamentdəki müxalif Yelk fraksiyasının rəhbəri Nikol Pashinian fevralın 9-da demişdi.

Yelk alyansı Sarkisian baş nazir olarsa, gələn ay küçə etirazları planlaşdırır.

*** Buna da bax: Sarkisian: “Deyirsiz ki, Qarabağ sizə ermənilərsiz lazımdır. Bu, heç vaxt olmayacaq”

Amma Baghdasarian belə küçə etirazlarının kütləvilik qazanmayacağını söyləyib. Onun fikrincə, müxalif alyansı parlament platformasından istifadə etsə, daha yaxşı olar.

Siyasəti küçəyə daşımaq heç vaxt nəticə verməyib, nə ölkənin inkişafı, nə də konkret siyasi qrupun inkişafı baxımından səmərəli olmayıb”, – Baghdasarian deyib.

Ermənistanın yeni Konstitusiyasına uyğun olaraq, aprelin 9-da, Sarkisian-ın prezidentlik səlahiyyəti bitincə, hökumət istefaya gedəcək. Ondan sonra parlamentdəki siyasi partiyalar bir həftə içində baş nazir postuna namizədlərini irəli sürəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG