Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Armen Sarkisian Ermənistan prezidenti seçildi


President Serzh Sarkisian (sağda) Armen Sarkissian ilə görüşdə, arxiv fotosu
President Serzh Sarkisian (sağda) Armen Sarkissian ilə görüşdə, arxiv fotosu

Ermənistan parlamenti Armen Sarkisian-ı ölkənin yeni prezidenti seçib. 100 deputatdan 90-ı keçmiş baş nazir Sarkisian-ın namizədliyinin lehinə səs verib.

64 yaşlı Sarkisian ölkənin Britaniyadakı səfiri olub. O, prezident postuna 7 illiyə seçlib.

Deputatlardan 10-u onun namizədliyinin əleyhinə səs verib, biri bitərəf qalıb.

Armen Sarkisian indiki prezident Serzh Sarkisian ilə qohum deyil. O, 1996-1997-ci illərdə ölkənin baş naziri olub, respirator xəstəlik üzündən istefa verib.

Prezident Serzh Sarkisian rəsmilərlə toplantıda, 27 fevral, 2018-ci il
Prezident Serzh Sarkisian rəsmilərlə toplantıda, 27 fevral, 2018-ci il

Prezidentliklə bağlı son konstitusiya islahatlarına uyğun olaraq, heç bir siyasi partiyanın üzvü deyil.

2015-ci il dekabr referendumundan sonra Ermənistan yarı-prezidentlik idarəçilik formasını parlament respublikasına dəyişib.

Dəyişikliklər nəticəsində prezidentin veto hüququ alınır, prezidentlik formal mövqeyə çevrilir, parlament onu hər yeddi ildən bir seçir.

Konstitusiya islahatlarına görə, Ermənistan prezidenti yalnız bir dəfə yeddi illiyə seçilə bilər.

Skeptiklər bu islahatlara hazırkı prezident Sarkisian-ın ölkəyə siyasi nəzarəti saxlamaq cəhdi kimi baxırlar. Belə ki, aprelin 9-da ikinci müddət beşillik prezidentliyi bitincə, o, baş nazir ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG