Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:43

Kocharian-ı dindirməyə əsas tapılmır


Robert Kocharian

2008-ci ildə seçkidən sonrakı zorakılıqla əlaqədar keçmiş prezident Robert Kocharian-ın dindirilməsinə əsas yoxdur. Bu açıqlamanı Ermənistan Baş Prokurorluğu martın 13-də verib.

Ötən həftə parlamentdəki Yelk müxalifət alyansının lideri Nikol Pashinian baş prokurordan xahiş edib ki, Kocharian həmin etirazların güclə yatırılmasına verdiyi əmrlə bağlı dindirilsin. 10 il öncə müxalifət prezident seçkisinin nəticəsinə etiraz edərək küçələrə çıxmışdı.

Pashinian o zaman etirazların təşkilatçısı kimi məhkum edilmişdi. O, martın 5-də Facebook-da yaydığı videoda deyir ki, Kocharian etirazlarda təhlükəsizlik qüvvələrinə atəş açılmasıyla bağlı informasiyanı hardan almasını izah etməlidir. Bu, hakimiyyətin etirazları zorakılıqla yatırtmasına əsas bəhanə kimi səslənirdi.

Pashinian-ın tələbindən öncə isə parlament təhqiqatına rəhbərlik etmiş, hakim partiyadan aparıcı deputat parlament dinləmələrində eyni sualı qaldırıb.

Baş Prokurorluqdansa AzadlıqRadiosu-nun erməni xidmətinə bildirilib ki, Pashinian-nın Kocharian-ın ifadə verməsini tələb etməyə hüquqi səlahiyyəti yoxdur. Prokurorluqdan deyiblər ki, “istintaq orqanının indiyədək topladığı informasiyaya görə, Kocharian-ın şahid kimi dindirilməsinə əsas yoxdur”.

Kocharian-ın idarə rəhbəri Viktor Soghomonian isə martın 12-də Pashinian-ı 2008-ci il iğtişaşlarının əsas “qızışdırıcısı və təşkilatçısı” adlandırıb.

Həmin hadisələrdə ikisi polis əməkdaşı olmaqla, 10 nəfər öldürülmüşdü.

XS
SM
MD
LG