Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Ermənistanda ‘Sarkisyanın hakimiyyətdə saxlanmasına’ daha bir etiraz aksiyası olub


Müxalifət lideri David Sanasaryan martın 16-da Yerevanda keçirilmiş mitinqə müraciət edir
Müxalifət lideri David Sanasaryan martın 16-da Yerevanda keçirilmiş mitinqə müraciət edir

Ermənistanda yenicə təşkil edilmiş müxalifətçi qrupun bir neçə yüz tərəfdarı antihökumət və təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmada həlak olmuş fəalın ölümünün ildönümünü nümayişlə qeyd ediblər.

Martın 16-da Yerevanın mərkəzində keçirilmiş aksiyanı Ermənistan Dövləti Uğrunda Cəbhə qrupu təşkil etmişdi. Bu qrup mitinq zamanı müxalifəti birliyə və bütün siyasi məhbusların azad edilməsinə çağırıb.

Mitinqə toplaşanlar 2017-ci ilin 16 martında həbsxanadan azad edildikdən sonra ürək tutmasından vəfat etmiş 49 yaşlı Artur Sarkisyanın xatirəsini yad ediblər. Sarkisyan həbsxanada 25 gün müddətində aclıq aksiyası keçirmişdi.

O prokurorluq tərəfindən silahlı radikal qruplaşmaya ərzaq aparmaqla onu dəstəkləməkdə ittiham olunmuşdu. Hökumət və silahlı müxalifət arasında qanlı qarşıdurma 2016-cı ilin yayında iki həftə davam etmişdi.

Bu qarşıdurma zamanı 30-dək silahlı Yerevanda polis məntəqəsini ələ keçirmiş və bir neçə nəfəri girov götürmüşdü.

İnsident zamanı 2 polis nəfəri həlak olmuşdu.

Mitinq iştirakçıları habelə hazırkı prezident Serj Sarkisyanın baş nazir postuna keçməklə hakimiyyətdə qalmaq planlarını pozmağa çağırıblar.

2015-ci ilin dekabrında keçirilmiş referendumun nəticəsində ölkənin siyasi quruluşu prezident respublikasından parlament respublikasına keçib və beləliklə baş nazir postu əsas hakimiyyət vəzifəsi olub.

Tənqidçilər bildirirlər ki, bu dəyişiklik sadəcə olaraq Ermənistanda siyasi hakimiyyətin Serj Sarkisyanın əlində saxlanması üçündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG