Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:35

Sarkisian "İskander" raketlərindən danışdı


Serzh Sarkisian
Serzh Sarkisian

“Ermənistan ərazisində Rusiya istehsalı olan “İskander” raket kompleksləri yerləşdirilməsi məcburi tədbirdir və regionda sabitliyin qorunmasına yönəlib”.

“PanArmenian” saytının məlumatına görə, bunu Ermənistan prezidenti Serzh Sarkisian bəyan edib.

Bu raketlər ilk dəfə 2016-cı il sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə Yerevanda keçirilən hərbi paradda nümayiş etdirilib.

Amma bəzi məlumatlara görə, bu raketlər Ermənistana bundan əvvəl gətirilib və bu ilin aprelində cəbhə bölgəsində gedən 3 günlük döyüşlər zamanı hazırlıq vəziyyətinə gətirilib.

Yerevanda "İskander" raketləri
Yerevanda "İskander" raketləri

Sarkisian bunuregionda hərbi balansın qorunması baxımından düzgün addım hesab edir.

“Bu sir deyil ki, Azərbaycanson bir neçə il ərzində daima yeni silahlar əldə edir. Bizim Azərbaycan kimi maliyə imkanımız yoxdur. Amma biz ağıya qarşı zərdab taparaq, həmişə vəziyyəti balanslaşdırmağa çalışırıq. Əlbəttə silah yarışı yaxşı şey deyil və biz buna getmək istəmirik. Amma əgər səni hər gün müharibəylə hədələyirlərsə, ondanə etməlisən”,deyə Sarkisian bildirib.

O, regionda balansın qorunması ilə bağlı Rusiya ilə Ermənistan arasında razılaşma olduğunu vurğulayıb.

“Hesab edirəm ki, Rusiya buna görə xahişimizi qəbul edərək bizə belə bir gözəl hərbi sistem verdi. Əlbətddə ola bilsin ki, bəşəriyyət bu sistemsiz daha yaxşı olardı, amma məcbur olanda buna getməli olursan”, deyə o bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG