Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:39

Sarkisian: 'Yeni müharibə təhlükəsi...'


Serzh Sarkisian.Ermənistan prezidenti.

“Azərbaycan problemin hərbi həlli yolu olmadığına əmin olmayınca, yeni müharibə təhlükəsi mövcuddur”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Ermənistan prezidenti Serzh Sarkisian deyib.

Onun sözlərinə görə Azərbaycan prezidenti İlham ƏliyevDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş cəhdləri pozur. “ O deyir ki, Ermənistan öz öhtəliklərini yerinə yetirsə müharibə başlamayacaq. Mən deyirəm ki, bu şantajdır, kompramis yox”, Sarkisian Parisə səfəri ərəfəsində “Frans-Press” agentliyinə deyib.

“Ermənistanda belə bir ictimai fikir var ki, hərbi əməliyyatların bərpası vaxt, ola bilsin ki, bir neçə həftə və ya ayların məsələsidir.Buna görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri müharibəyə hazır olmalıdırlar, hansı ki, sabah da başlaya bilər” , deyə Sarkisian bildirib.

Amma Sarkisian deyib ki, müharibənin yaxın gələcəkdə bərpa olunacağını düşünmür, eyni zamanda qeyd edib ki, heç nə istisna deyil.

Sarkisian müsahibəsində bir daha Rusiyanın Azərbaycana silah satmasından narahatlıq bildirib, deyib ki, biz bundan təəssüflənirik, çünki Rusiya Ermənistanın strateji tərəfdaşıdır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

«BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri hələ də boşaltmayıb.

Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.

Buna da bax. 'Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxarmalıdır'

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG