Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Sayqak antiloplarının üzgün taleyi

Həftənin ilk günlərində Qazaxıstanın şimal əyaləti olan Kustanayda azı 543 sayqakın cəsədi tapılıb. Onların əksəriyyəti də dişi heyvanlar olub. Daha 120 antilopun cəsədi də Rusiya və ABŞ kosmonavtlarının Beynəlxalq Kosmik Stansiyadan yerə endikləri ərazinin yaxınlığındakı Sorşa kəndində tapılıb. Amma hələlik antilopların ölümünün kosmik aparatın yerə düşməsi ilə hər hansı əlaqəsi məlum deyil. Sayqak antiloplarının nəsli kəsilmək üzrədir. Onlar hazırda əsasən Qazaxıstanda və Rusiyanın Kalmık respublikasında yaşayırlar. Ehtimallara görə hazırda yalnız 50 000 sayqak yaşayır.

Bölmələr

XS
SM
MD
LG