Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

'100 il sonra ölkədə bolşevik eksperimenti təkrarlanır'


"Poker". Şerif. Karikatura.
"Poker". Şerif. Karikatura.

Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının başlaması, ölkədə İKT məhsullarının istehsalında geriləmələr, hökumətin özünümaliyyələşdirmə planı və bank sektorunun gələcəyi ilə bağlı xoş olmayan təxminlər bu gün - mayın 12-si (2017) medianın aparıcı mövzusudur...

Banklar sahibkarlar hesabına xilas edilir?

Müsavat.com” saytında “Bank sektorunda yeni çalxalanmalar gözlənilir” sərlövhəli məqalə dərc edilib.

Buna da bax:​ EBRD: 'Bu il Azərbaycan iqtisadiyyatı 0.5 faiz kiçiləcək'

Yazıda ölkənin bank sistemindəki durumu ekspert Əkrəm Həsənovla müzakirə edilir.

Müəllif yazır ki, ölkədə maliyyə vəsaitlərinin nağdlaşdırılmasına məhdudiyyətlər tətbiq edildikdən sonra, sahibkarlar ən böyük problemi bank sistemində yaşayırlar:

"Qara gün üçün". Şerif. Karikatura.
"Qara gün üçün". Şerif. Karikatura.

“Sahibkarlar hesablarında olan vəsaitləri banklardan çıxara bilmədikləri üçün onların təhlükəsizliyinə də əmin deyildirlər. Çünki, bank müflis elan edildiyi halda bu vəsaitlərin qaytarılmaması ehtimalı, qaytarılmasından daha yüksək olur”.

Buna da bax:​ Manat nəyin hesabına möhkəmlənib?

Yazıda vurğulanır ki, sahibkarlardan ötrü dövriyyələrindən asılı olaraq müəyyən edilən 30 min və 15 min manat limit onların heç cari xərclərinə yetmir.

İqtisadçı Əkrəm Həsənov isə mövzu ilə bağlı qəzetə bunları deyib: “Dövlət başçısı qeyri-neft sektorunun inkişafını, sahibkarlığa dəstəyi prioritetlərdən elan edib. Amma bank sistemi bu sahədə ciddi əngələ dönüb. İstənilən sahibkar ilk növbədə qoyduğu sərmayənin və biznesin təhlükəsizliyinə əmin olmaq istəyir ”.

Ə. Həsənov deyib ki, 10-dan çox bankın bağlandığı və əmanətlərin geri qaytarılmasında problemlər yaşandığı halda sahibkarlarda bank sektoruna inamsızlığın yaranması başa düşüləndir:

“Fiziki şəxslərin əmanətləri heç olmasa pis-yaxşı sığortalıdır. Amma sahibkarların bağlanan banklardakı vəsaitləri faktiki batıb”.

Buna da bax:​ 'Mərkəzi Bank manatı dövriyyədən çıxarıb əlində saxlayır'

Ekspert hesab edir ki, indi bankın çökməsindən qorxan sahibkar pulunu oradan faktiki çıxara bilmir:

“Palata qanun və səlahiyyətləri çərçivəsində bank sisteminə etimadı bərpa edə bilmir. Qanunsuz göstərişlərlə yaxşı işlədiyini göstərmək istəyir. Məqsəd də faktiki müflis bankların sahibkarlar hesabına xilas olunmasıdır”.

Ekspert bunu 100 il sonra bolşevik eksperimentinin təkrarı adlandırır

“Kağız üzərində özünümaliyyələşdirmə”

Exo” qəzetində “Özünümaliyyələşdirmə alınmadı: Azərbaycanın regionlarında pul yoxdur” sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, hazırda hökumət əyalətlərə mümkün olduğu qədər az dotasiya ayırmaq niyyətindədir. 2013-cü ildə regionların özünü maliyyələşdirməyə keçməsindən ötrü sənəd hazırlanıb:

Buna da bax: İlham Əliyev: 'Bu il artıq inkişaf ilidir'

Samir Əliyev
Samir Əliyev

“Nazirliyin planına əsasən 2017-ci ildə 10-larla rayon özünümaliyyələşdirməyə keçməli idi. Amma bu baş vermədi. Şübhəsiz rayonlar sərbəst buraxmalıdır, çünki, onların təminatına hədən çox maliyyə xərclənir. Ən azı ölkə rayonlarının 90 faizinin özünü təmin etməsinə nail olmaq lazımdır. Amma indi bunu etmək real deyil”, - deyə iqtisadçı-ekspert Samir Əliyev qəzetə deyib.

İqtisadçı vurğulayıb ki, indi Bakı, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron və İmişli istisna olmaqla qalan bütün regionlar subsidiya alır. Gələcəkdə bu siyahıya yenilərinin əlavə ediləcəyi isə real görünmür: «Ümumi Daxili Məhsulun 90 faizi Bakının və ona yaxın rayonların hesabına yaranır. Ölkə iqtisadiyyatı paytaxtda və ona qonşu olan zonalarda cəmləşdikdə, digər rayonlar zəif inkişaf edir. Azərbaycanda bu “sxem” işləyir».

İqtisadçı hesab edir ki, regionların inkişafına nail olmaqdan ötrü, ölkəyə xarici investisiya cəlb olunmalıdır.

Buna da bax:​ ÜDM azalıb, inflyasiya yüksəlib...

“Sözdə İKT istehsalı”

Novoye Vremya” qəzetində “Yerli İnformasiya Kommunikasiya Texnologiyaları əfsanə” sərlövhəli məqalə diqqət çəkir.

Yazıda bildirilir ki, ölkədə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) məhsulları istehsalında tənəzzül yaşanır.

Məktəbdə kompüter otağı.
Məktəbdə kompüter otağı.

Müəllif vurğulayır ki, ölkənin icra hakimiyyəti orqanları son zamanlar İKT-nin inkişafından danışırlar. Amma bu məsələ sözdən o yana keçmir: “Yerli mobil telefonların istehsalından, hələ 2012-ci ildə danışırdılar. Daha sonra yerli kompüter və planşetlərin istehsalını yoluna qoymaq istədilər, amma indi nə o var, nə də bu”.

Müəllifə görə, Azərbaycanda son 5 ildə bu sahədə vəziyyət dəyişməyib.

Buna da bax: Prezidentin yeni sərəncamı: İnternet, rəqəmsal yayımda və s. yeniliklər olacaq

Yazıda bildirilir ki, Azərbaycan ildə 218 monitor ixrac, 81 min monitor isə idxal edir:

Müəllif vurğulayır ki, ölkədə istehsal olunan qaz və su sayğacları az-çox texnoloji avadanlıq sayıla bilər. Bu sahəyə daim dövlət sifarişi var və odur ki, statistikada “İKT məhsullarının istehsalı” artır.

Yazıda bildirilir ki, 2014-cü ildə ölkədə 38 min, 2015-ci ildə 49 min, 2016-cı ildə isə 173 min ədəd sayğac istehsal edilib. Qalan bütün istiqamətlər üzrə isə azalma müşahidə edilir.

Müəllif yazır ki, ölkə sayğaclarla tam təmin olunduqdan sonra, bu sahədə də inkişaf dayanacaq...

Buna da bax:​ IV İslam Həmrəyliyi Oyunlarının açılışıdır

IV İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları
İslam Həmrəyliyi Oyunları

Azərbaycan” qəzetində dərc edilən “İlham Əliyev İslamiadası” sərlövhəli məqalədə bu gün, mayın 12-si Bakıda açılışı gözlənilən IV İslam Həmrəyliyi Oyunları dəyərləndirilir.

Müəllif yazır ki, dövlət müstəqilliyi qazanılandan sonra Azərbaycan dünyada bir sıra “ilk”lərə imza atıb:

“Məhz ümummilli liderin sayəsində ilk dəfə olaraq Xəzər nefti dünya bazarına çıxarıldı. Azərbaycanda mətbuata senzura nəzarətini də ilk dəfə (həm də yeganə olaraq) Heydər Əliyev ləğv etdi”.

Buna da bax:​ 3 ölkə İslamiada-ya gəlmir - səbəbləri açıqlamır

Yazıda vurğulanır ki, H. Əliyevin yürütdüyü siyasəti, indi İlham Əliyev uğurla davam etdirir. Müəllif bu sırada Azərbaycan təmsilçisinin “Eurovision” mahnı müsabiqəsinin qalibi olmasının və Bakıda iki il əvvəl keçirilən I Avropa Oyunlarının üzərində dayanır.

Yazıda Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də İlham Əliyevin imza atdığı “ilk”lər kimi dəyərləndirilir:

“İlham Əliyev İslam dünyasını həmrəy olmağa, bir-birləri ilə əməkdaşlığa dəvət edir. İslam dövlətləri rəhbərlərini və liderlərini umu-küsünü bir qırağa qoymağa, geriyə deyil, irəliyə baxmağa səsləyir. İslam dünyasına tarixdə olanlardan və müasir dünyada baş verənlərdən düzgün nəticə çıxarmağa, xalqlarının xoş gələcəyi naminə uzaqgörən, düşünülmüş, ağıllı qərarlar qəbul etməyə çağırır”,

XS
SM
MD
LG