Mikheil Saakashvili sözsüz ki, post-kommunist Şərqi Avropasının siyasət səhnəsində ən böyük oyunçulardan biridir.
Saakashvili Kiyevdəki hakimiyyəti 2014-cü ildə ölkədən qaçmış Yanukovych hökumətindən də «zəif dəllallar» adlandırır. Mesajsa budur: ya tərzinizi dəyişin, ya da devrilməyə hazır olun.
«DİNC XALQ QÜVVƏSİ»
Saakashvili-nin yaratdığı «Yeni Qüvvələr Hərəkatı» adlı siyasi partiya ölkədə yeni inqilaba çağırır. Ancaq Saakashvili deyir ki, hakimiyyəti islahat aparmağa məcbur edə biləcək «dinc xalq qüvvəsi» yaratmaq daha yaxşı fikirdir.
***Buna da bax-Saakashvili Ukrayna sərhədini keçdi və Lvova gəldi [Video]
Dnepr şəhərindəki çıxışı zamanı onu dəstəkləyən kütlə «Poroshenko-ya istefa!», «Korrupsionerlər həbs edilsin!» şüarlarını səsləndirir. Burada daha çox ortayaşlı insanlar gözə dəyir. Onlar Saakashvili-ni «Mişa» deyə çağırırlar. Onun haqqında danışmağa başlayanda, mütləq «bizim Mişa» deyirlər.
Saakashvili danışan zaman arxada fırlanmaqda olan karuseldən karnaval musiqisi eşidilir. Hündür dayaqların üzərində isə üç kloun dayanıb. Heç kəs bu klounların haradan gəldiyini bilmir. Klounlar da heç nə demirlər. Ancaq bəziləri bu işin arxasında Dnepr meri Borys Filatov-un dayandığını deyirlər.
SƏYYAR SİRKLƏRƏ QADAĞA LƏĞV OLUNUB
Saakashvili-nin Dneprə gəlişindən öncə qızğın siyasətçi, Saakashvili-ni heç sevməyən Filatov öz Facebook səhifəsində səyyar sirklərə qadağanı ləğv etdiyini yazmışdı. Üstəlik də, bunu məxsusi olaraq Saakashvili-dən ötrü etdiyini əlavə etmişdi. Absurd kimi səslənən bu əmr Ukrayna siyasətinin Avromaydandan bəri karnavala çevrilməsinə parlaq örnəkdir. Əmr Dnepr Şəhər Şurasının rəsmi saytında dərc edilib.
«Mən yerli izləyicilərin artistləri təhqir etməməsini istəyirəm. Ruhi xəstələrə qarşı mülayim olun. Qoy sirk sirk olaraq qalsın», - əmrdə deyilir.
Saakashvili isə Facebook-da «təşəkkür məktubu» yazaraq, özü ilə şəhərə sirk truppası gətirəcəyini bildirib. O yazıb ki, həmin sirkin «əclaflar truppası»nda Filatov-a də yer olacaq.
Saakashvili iki ay öncə Ukrayna vətəndaşlığından məhrum edilsə də, onun ölkəyə girişini heç bir qadağa və sərhədlər əngəlləyə bilmədi.
«İnsanlar əlimdən tutaraq məni Ukraynaya qaytardılar. Bu, xalqın qərarı idi», – Saakashvili jurnalistlərə deyib.
O əlavə edib ki, Ukrayna qanunu belə şəraitdə ölkəyə girişə icazə verir.
***Buna da bax-Saakashvili-nin korrupsiyayla mübarizə reseptləri niyə işləmədi
HƏBS EDİLMƏYƏCƏK
Ukraynanın baş prokuroru Yuriy Lutsenko Yalta Avropa Strategiyası (YES) konfransında bildirib ki, Saakashvili həbs olunmayacaq və Gürcüstana ekstradisiya edilməyəcək. Xatırladaq ki, Gürcüstanda onun barəsində axtarış elan edilib. Saakashvili-nin özü ekstradisiya tələbinin siyasi olduğunu deyir.
Lvov and Çernovtsı şəhərlərinə gedən Saakashvili-nin ətrafına burada da yüzlərlə adam toplaşdı.
«Mən çox gəzəcəyəm. Pasportum olmadığından təyyarə ilə uça bilmirəm. Maşınla, poçt arabası, avtostopla gedəcəyəm, ancaq hər bir ukraynalıya çatacağam», – Saakashvili Kiyevdə deyib.
Həm Ukrayna, həm də xarici mediada Saakashvili-nin prezidentliyə namizədlik vermək istəməsi haqda söz-söhbət gəzir. Bəzi müşahidəçilər Poroshenko-nun Saakashvili-nin son hərəkətlərinə görə özünü günahlandırmalı olduğunu deyirlər.
«POROSHENKO ONA ŞANS YARATDI»
Karneqi Avropa İnstitutundan Thomas de Waal yazır ki, bəlkə də Saakashvili unudulacaqdı:
«Ancaq Poroshenko Saakashvili-ni Ukrayna vətəndaşlığından məhrum etməklə onun diqqət mərkəzinə gəlməsinə yeni bir şans yaratdı».
***Buna da bax-Saakashvili: 'Kiyevdə keçirəcək mitinqdə əsas tələblər irəli sürüləcək'
Saakashvili-nin Dneprdən Zaporejyeyə gəlməsindən öncə şəhərdə üzərində onun fotoşop edilmiş şəkli olan iri plakatlar asılıb.
«Kloun artıq gəlib... Şəhərimizdə məşhur gürcü siyasi kloununu qarşılayın. O, etirazçıların, marginalların və axmaqların sevimlisidir», – deyə plakatın üzərində yazılıb.
Təqribən 400 nəfərlik qrupun qarşısında çıxış edən Saakashvili nitqinin əvvəlində onların həyat keyfiyyətini yaxşılaşdırmaq istədiyini söyləyir. O deyir ki, hər şeyin baha olması hökumətin günahıdır.
«Sizi soyurlar», – o deyir və əlavə edir ki, xalq onu tam dəstəkləməsə, Ukrayna ömürlük güclü oliqarxlara qurban gedəcək.
Oktyabrın 17-də Kiyevdə keçiriləcək mitinqdə çıxış edəcəyini deyən Saakashvili mitinqin sonunda üzərində gürcü nömrəsi olan cipinə minib gedir.