Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:40

Saakashvili: "Kiyevdə keçirəcək mitinqdə əsas tələblər irəli sürüləcək"


Mikheil Saakashvili
Mikheil Saakashvili

Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Kiyevdə planlaşdırdığı mitinqdə hakimiyyətdə islahatlar aparılması ilə bağlı tələblər irəli sürəcəyini bəyan edib.

Bu barədə sentyabrın 17-də TASS və digər informasiya agentlikləri məlumat yayıblar.

“Biz ictimai fəalların təşəbbüsünə qoşulmaq və oktyabrın 17-dı Kiyevdə toplaşaraq korrupsiya əleyhinə məhkəmələr yaradılması, deputat toxunulmazılığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb etmək qərarına gəlmişik”,Saakashvili özünün “Feysbuk” səhifəsində yazır.

Saakashvili qeyd edib ki, qalan tələblər isə ayın 17-dək bütün Ukrayna boyu toplanacaq.

Ukraynadakı “Yeni siyasi qüvvələr” partiyasının lideri Saakashvili bundan əvvəl bildirimişdi ki, sentyabrın 19-da Ali Radada çıxış etməyə cəhd göstərəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvilini ABŞ-da səfərdə olarkən vətəndaşlıqdan məhrum edib.

Bundan sonra Saakashvili sentyabrın 10-da yüzlərlə tərəfdarının müşayiəti ilə Polşadan Ukraynanın Lvov şəhərinə keçib.

Buna da bax: "Mikheil Saakashvili Ukraynaya bu şəkildə keçdi"

İki gün sonra Lvov rəsmiləri Saakashvili-yə rəsmi bildiriş veriblər, onun sərhədi qanunsuz keçdiyi, bir neçə sərhədçinin insident zamanı xəsarət aldığı bildirilir. Yerli medianın yazdığına görə, o, sentyabrın 18-də insidentlər bağlı məhkəmə də olmalıdır.

Buna da bax : Saakashvili-nin korrupsiyayla mübarizə reseptləri niyə işləmədi?

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG