Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:17

Saakaşvili Gürcüstan rəhbərliyini xəyanətdə suçladı


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Gürcüstanın sabiq prezidenti Mixeil Sakaşvilinin "Vahid Milli Hərəkat" Partiyası ölkə rəhbərliyini təslimçilikdə suçlayıb.

Buna səbəb Gürcüstanın baş naziri Georgi Kvirikaşvili-nin Rusiya rəhbərliyinə müraciətidir. O həm Kremllə, həm də separatçı Abxaziya və Cənubi Osetiya ilə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Saakaşvilinin partiyası bunu milli maraqlara xəyanət adlandırıb və hökuməti istefa verməyə çağırıb.

"Vahid Milli Hərəkat" Partiyasının liderlərindən olan Xatiya Dekanoidze bildirib ki, Rusiya işğalçı dövlətdir və Gürcüstan ərazisinin bir hissəsini zəbt edib. Onun fikrincə, baş nazirin müraciəti "rüsvayçı"dır və Tsxinvalidə öldürülmüş Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin meyitinin qaytarılmadığı bir vaxtda tamamilə yersizdir.

Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup gənc isə baş nazirin evi qarşısında etiraz aksiyası keçirib.

Amma hakimiyyətdəki "Gürcü arzusu" Partiyasının rəhbərləri hökumətə tam dəstək veriblər, baş nazirin müraciətini "vaxtında atılmış müdrik addım" adlandırıblar.

Buna da bax: Gürcüstan Avropa ilə vizasız rejimi saxlamaq üçün əlindən gələni edəcək

Baş nazir Georgi Kvirikaşvili bildirib ki, iki ölkə arasındakı münasibətləri "tilsimli dairədə"dən çıxarmaq üçün addımlar atılmalıdır. Müraciətdə Tatunaşvilinin meyitinin dərhal mərkəzi hökumətə verilməsi çağırışı da var.

Buna baxmayaraq müxalifət onu yenə də satqınlıqda ittiham edib.

Tatunaşvili iki həftə əvvəl naməlum şəraitdə Tsxinvalidə öldürülüb.

"Avropanın Gürcüstanı" Partiyası da hesab edir ki, baş nazirin müraciəti heç bir fayda verməyəcək:

"İvanişvilinin (gürcü biznesmen - red.) səyləri nəticəsində hakimiyyətə gəlmiş qüvvələr elə ilk gündən bildirmişdilər ki, Rusiyayla münasibətləri normallaşdırmaq istəyirlər. Bunun əksinə Gürcüstana ziyanı dəydi. Çünki Rusiya işğalı məsələsi beynəlxalq gündəmdən çıxdı".

Parlamentdə təmsil olunmayan müxalifət partiyalarının heç biri baş nazirin müraciətindən məmnun deyil. Respublikaçılar Partiyasından David Zurabişvili hesab edir ki, barış mövqeyi Rusiya ilə danışıqlarda heç vaxt Gürcüstana xeyir verməyib. Danışıqlar kompromis tələb edir. Zurabişvili sual edir: "Ərazisində iki müstəqiul dövlət elan edilmiş ölkə hansı güzəştlərə gedə bilər?"

2008-ci ildə Rusiya ilə Gürcüstan arasında qısa müharibədən sonra separatçı Abxaziya və Cənubi Osetiya Moskva ilə birbaşa siyasi əlaqələr qurublar.

O vaxtdan bəri Rusiya və Gürcüstan arasında iqtisadi əlaqələr qismən bərpa olunsa da, münaqişənin həlli tam dalana dirənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG