Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 11:55

Gürcüstan Avropa ilə vizasız rejimi saxlamaq üçün əlindən gələni edəcək


Gürcüstan prezidenti Giorgi Marqvelaşvili
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bəyan edib ki, Tbilisi Avropa İttifaqının Şengen zonasına çətinliklə əldə edilmiş vizasız gediş-gəliş rejiminin qorunub saxlanması üçün daha çox səylər göstərməyə hazırdır.

Giorgi Marqvelaşvili bu bəyanatı martın 8-də Avropa Şurasının prezidenti Donald Tuskla Brüsseldə görüşündən sonra verib.

Gürcüstan prezidenti deyib ki, onun ölkəsi Avropa partnoyrlarının tələblərinin icrası istiqamətində son dərəcə fəal addımlar atıb və bundan sonra da uzunmüddətli əməkdaşlıq çərçivəsində səylərini artırmağa hazırdır.

Avropa İttifaqının daxili işlər nazirlərinin martın 8-də keçirilən müşavirəsində Gürcüstanın sərbəst gediş-gəliş rejiminə əməl etməsi ilə bağlı narahatlıq ifadə olunmuşdu. Almaniya və İsveç nazirləri bildirirdilər ki, 2017-ci ilin martından vizasız gediş-gəliş rejimi tətbiq olunandan bəri bir neçə yüz Gürcüstan vətəndaşı sığınacaq üçün müraciət edib.

İsveçdə Gürcüstan vətəndaşları sığınacaq istəyənlərin sayına görə yalnız suriyalılardan geri qalırlar. Bundan başqa İsveçin daxili işlər naziri Morgan Johansson martın 8-də deyib ki, onun nazirliyi bəzi Gürcüstan vətəndaşlarının kriminal qrupların tərkibində oğurluq əməlləri ilə məşğul olduqlarını aşkar edib.

Martın 8-də keçirilən görüşdə viza rejiminin dayandırılması məsələsi gündəlikdə olmasa da, Tbilisinin üzərinə bundan sonra təzyiqlərin arta biləcəyi ehtimal olunur.

XS
SM
MD
LG