Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:18

Putin Belarusda Lukashenka-nın ‘xoşuna gəlməyən’ səfiri dəyişdi


Mikhail Babich
Mikhail Babich

Rusiyanın Kommersant qəzeti yazır ki, Rusiyanın Belarusdakı səfiri Mikhail Babich-i geri çağırıblar.

Interfax xəbər verir ki, əslində bu məsələ ötən həftədən bəri ciddi müzakirə olunurdu.

Babich-in geri çağırılması barədə məlumat Kremlin saytında da dərc edilib. Putin Babich-in yerinə Dmitry Mezentsevi səfir təyin edib.

Kommersant yazır ki, Babich-in geri çağırılmasını Berlarus prezidenti Lukashenko dəfələrlə rusiyalı həmkarı Putindən xahiş etmişdi. Deyilənlərə görə bu barədə son söhbət Pekində olub. Burda guya Lukashenka Putinə deyib ki, “çoxdan müzakirə olunan inteqrasiyaya hazırdır”, amma Babich geri çağırılmalıdır.

Kommersant qəzetinin istinad etdiyi mənbəyə görə “Putin razılaşıb, Lukashenka-ya bir il müddətində Belarusun daxili gündəliyinə qarışmayacağını vəd edib”.

RBK xəbər agentliyi yazır ki, Babich-in fəaliyyətindən Moskvada da razı deyildilər. Babich-in özü üçün prezidentin xüsusi elçisi titulunu əldə etməsi Rusiya Xarici İşlər Nazirliyində çox da xoş qarşılanmamışdı. Bu o demək idi ki, Babich nazir Lavrova məruizə etmədən birbaşa Putinə çxımaq səlahiyyətində idi. O elə bir çox məsələləri də XİN-lə məsləhətləşmədən həll edirdi.

Babich-in yerinə təyin edilmiş Dmitry Mezentsev vaxtilə Şanxay Qrupunun baş katibi və İrkutsk vilayətinin qubernatoru olub.

Qalmaqallı müsahibə

2019-cu ilin mart ayında isə Belarusda əsl diplomatik qalmaqal baş verib. RIA agentliyinə müsahibəsində Mikhail Babich Belarusun suverenliyinin müdafiəsi barədə suala cavab verərkən demişdi ki, Rusiya Belarusun suverenlyini Qərbdən rəngli inqilab tipli təhlükə olduğu təqdirdə bütün mümkün vasitələrlə müdafiə etməyə hazırdır.

Amma səfir əlavə etmişdi ki, söhbət Rusiyanın Belarusun suverenliyinə qəsdindən gedirsə, bu artıq partnyorlar arasında məqbul söhbət deyil.

Səfirin bu müsahibəsinə cavab olaraq Belarus XİN-in bəyanatında deyilirdi ki, “Babich federal dairəni müstəqil dövlətlə səhv salıb”.

Bu söhbətdən bir neçə gün sonra Belarusun ən böyük media qurumlarının jurnalistləri Rusiya səfirinin Krımın Rusiya Federasiyasına birləşməsinin beşilliyi münasibətilə keçirdiyi mətbuat konfransında iştirakdan imtina etmişdilər.

Jurnalistlərin verdiyi birgə bəyanatda deyilirdi ki, onlar bu mətbuat konfransında iştiraklarının 2014-cü ildə Krımda baş vermiş hadisələrlə bağlı mövqe seçmələri kimi qəbul edilməsini istəmirlər.

“Peşəkar diversant”

Mikhail Babich 1986–1995-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində və hava desantı qoşunlarında xidmət edib. İştirak etdiyi döyüş əməliyyatları barədə məlumat yoxdur. Polkovnik rütbəsindədir.

O 1995–1998-ci illərdə havadan müdafiə üçün silahlar istehsal edən Antey hərbi konserninə rəhbərlik edib.

2002-2003-cü illərdə Çeçenistan Respublikası hökumətinin başçısı olub.

Belarusa səfir təyin edilməzdən əvvəl Babich Rusiya prezidentinin Privoljsk federal dairəsindəki səlahiyyətli nümayəndəsi idi.

O iqtisad elmləri namizədi, Vahid Rusiya partiyasının üzvüdür.

Babich-in Belarusa səfir təyin edilməsi rahat olmayıb. Bundan əvvəl 2016-cı ildə Ukrayna onu səfir kimi qəbul etməkdən imtina edib. Kiyev bildirib ki, o, Krımın ilhaqı qərarının qəbul edilməsində birbaşa iştirak edib.

Ukrayna politoloqları onu “peşəkar diversant” adlandırırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG