Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiya Belarusu ‘udmayacaq’, amma…


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Rusiyanın Belarusu “udmaq” niyyəti yoxdur, amma iki ölkənin gələcək inteqrasiyası “labüddür”. Bunu Belarus Prezidenti Alyaksandr Lukashenka deyir.

“Rusiya Prezidenti Vladimir Putinin Belarusu Rusiyaya birləşdirmək kimi pis bir niyyəti yoxdur. Bu nəhəng ölkənin Belarusu həzm rabedən keçirmək niyyəti yoxdur”, – Lukashenka martın 1-də Minskdə keçirdiyi, televiziyayla yayımlanan mətbuat konfransında deyib.

O əlavə edib ki, “belorusların 98 faizi Rusiyanın tərkib hissəsi olmağın əleyhinə səs verərdi”.

Bundan cəmi iki həftə öncə Lukashenka Putinlə 1990-cı illərin ortalarında imzalanmış birlik sazişi çərçivəsində gələcək inteqrasiya üzrə danışıqlar aparıb. ​

Vladimir Putin və Alyaksandr Lukashenko Soçidə
Vladimir Putin və Alyaksandr Lukashenko Soçidə

“VAHİD RUBLUMUZ OLACAQ”

Lukashenka jurnalistlər və ictimai qurum üzvləri qarşısında çıxışında deyib ki, iki ölkə inteqrasiya haqda danışıq aparmazdan öncə böyük məsələləri həll etməlidirlr.

“İki ölkənin bütün problemlərini həll etməyincə hətta hansısa alyansdan da danışmamalıyıq”, – deyən Lukashenka vurğulayıb ki, “Rusiya rəhbərliyi, özəlliklə də hökumət bu yolla getməyə hazır deyil”.

Prezidentin sözlərinə görə, ölkəsi Rusiyayla vahid valyutaya da razılaşa bilər.

“Bizə vahid valyuta tələb edirlər. Prezident Putin ritorik şəkildə mənə deyir ki, bu, rubl olmalıdır. Mən də cavab verirəm ki, əlbəttə, rubl olacaq. Bizdə də rubldur, sizdə də. Bundan böyüyü nəyimizə lazımdır. Məsələ bunda deyil. Bu nə Rusiya, nə Belarus rublu olacaq, olacaqsa, vahid rublumuz olacaq”, – Lukashenka vurğulayıb.

Belarus Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Müşahidəçilər Putinin bu qurumlar vasitəsilə Moskvanın keçmiş sovet məkanından nüfuzunu gücləndirməyə, Avropa Birliyi və NATO-ya qarşı dayanmağa çalışdığını bildirirlər.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən Moskvanın qonşularıyla bağlı niyyətləri sarıdan şübhələr yaranmağa başlanıb. Rusiya Ukraynanın şərqində separatçıları dəstəkləyir, bu münaqişədə 13 minədək adam həlak olub.

Belarus 2016-cı ildə siyasi məhbus sayılan bir neçə nəfəri buraxandan sonra Avropa Birliyi ona qarşı sanksiyaları yumşaldıb. Amma Lukashenka hökumətinin 2017-ci ilin martında etirazçılara divan tutması sərt təpkiylə üzləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG