Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:38

Lukashenka Putinə görə Münhen Konfransına getməyib


Rusiya prezidenti Vladimir Putin (sağda) və Belarus lideri Alyaksandr Lukashenka Soçidə
Rusiya prezidenti Vladimir Putin (sağda) və Belarus lideri Alyaksandr Lukashenka Soçidə

Belarus prezidenti Alyaksandr Lukashenka Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığına görə fevralın 15-17-də Münhendə keçirilən Təhlükəsizlik Konfransına qatıla bilməyəcək. Bu barədə xəbəri Belarus rəsmiləri veriblər.

Belarus Xarici İşlər Nazirliyi fevralın 15-də bildirib ki, Lukashenka Azərbaycan və Ukrayna prezidentləri, habelə Gürcüstanın baş naziri və ATƏT-in baş katibi Thomas Gremingerlə birlikdə konfransın Şərq-Qərb əlaqələrini müzakirə edəcək seminarında iştirak etməli idi.

Bəyanatda deyilir ki, Münhen Konfransında Belarusu ölkənin Almaniyadakı səfiri Dzyanis Sidarenka və Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin (KGB) sədri Valeriy Vakulchik təmsil edəcəklər.

Lukashenka və Putin fevralın 15-də Qara dəniz limanı Soçi şəhərində üç gün davam edən danışıqlarına yekun vurublar.

Putin müxbirlərə deyib ki, o Lukashenka ilə Rusiya və Belarus vahid İttifaq Dövlətinə aid məsələləri müzakirə edib. Bu ittifaq 1990-cı ildə yaradılsa da, əsasən kağız üzərində mövcuddur.

Lukashenka da İttifaq Dövlətinin əhəmiyyətindən danışıb və deyib ki, Minsk Rusiya və Belarus xalqlarının istədiyi həddə qədər inteqrasiya olunmağa hazırdır, lakin heç nə iki ölkənin suverenlyini məhdudlaşdıra bilməz.

Lukashenka Qərblə gərgin münasibətlərdə olsa da, son zamanlar Belarusun suverenliyini şərqdən qaynaqlanan təhlükədən qorumağa çağırır.

Belarus Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlık Müqaviləsi Təşkilatının üzvüdür.

Politoloqlar bu iki qurumun Putinin əlində Moskvanın keçmiş respublikalar üzərindəki ağalığını saxlamaq aləti olduğunu deyirlər. Onlar bunu da əlavə edirlər ki, Moskva bu iki təşkilatı Avropa İttifaqı və NATO-ya alternativ kimi yaradıb.

Moskvanın öz qonşularına münasibəti və niyyətləri, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra narahatlıq doğurmağa başlayıb.

Avropa İttifaqı Belarusa qarşı sanksiyaları 2016-cı ildə yumşaldıb. Bundan əvvəl Minsk bir neçə tanınmış siyasi məhbusu həbsxanadan azad etmişdi.

Bununla belə, Avropa İttifaqı Lukashenka hökumətini 2017-ci ilin mart etirazını qəddarlıqla yatırdığına görə tənqid edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG