Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

‘Mən ‘Kalashnikov’u xoşlayıram’


Moskva Şeremetyevo aeroportunda Kalaşnikov mağazası, 18 avqust, 2016
Moskva Şeremetyevo aeroportunda Kalaşnikov mağazası, 18 avqust, 2016

AK-74-ün prototipi 540 dollar, Makarov tapançasınınkı isə 115 dollardır

Rusiyadan qayıdarkən təyyarəyə minməmişdən əvvəl xatirə olaraq matryoşkadan başqa indi avtomat silah da ala bilərsiniz. Daha doğrusu, silahın plastmas prototipini.

Məşhur silah istehsalçısı «Kalashnikov» Moskvanın mərkəzindən Şeremetyevo beynəlxalq aeroportuna sərnişin daşıyan qatar vağzalında öz dükanını açıb. Dükanda qələm, çanta, kepka kimi sıradan məhsullarla yanaşı, plastikdən avtomat və tapançalar da satılır.

«Mən Kalaşnikov avtomatını xoşlayıram»

Odlu silah olmadığına görə onları almaq üçün lisenziya tələb olunmur. Ancaq onlar həqiqi silahların identik nümunələridir. Özü də o qədər də ucuz deyil. «Kalashnikov»un saytındakı məlumata görə, AK-74-ün prototipi 540 dollar, Makarov tapançasınınkı isə 115 dollardır.

Buna da bax: Olimpia çempionunun atası: «Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi»

Dükanda həmçinin üzərində «Kalashnikov»un logosu əks olunmuş T-Shirtlər, flash kartlar, pulqabılar və kamuflyaj paltarlar da satılır. T-Shirtlər üstündə avtomatın optik görmə cihazı ilə birgə şəkli və «Mən Kalaşnikov avtomatını xoşlayıram», ya da «Mən sənin atanam» sözləri həkk olunub.

«Rusiya deyilən kimi insanların çoxunun fikrinə Kalaşnikov gəldiyinə görə biz onlara üzərində firmamızın brendi olan suvenir imkanı yaratmaqdan çox məmnunuq», – firmanın marketinq rəhbəri Vladimir Dmitriyev belə deyib.

Buna da bax: «Loukoster»lər Gürcüstana turist axınını kəskin artırıb

Ancaq ölkənin aparıcı aviadaşıyıcısı Aeroflot-un qaydalarına əsasən, təyyarəyə minməzdən qabaq bu cür əşyaları mütləq baqaja vermək lazımdır. Şeremetyevo aeroportundan da bildirilib ki, hava limanına girişdə təhlükəsizlik yoxlanışı zamanı qondarma silahların sənədi, o cümlədən haradan alındığını sübut edən qaiməsi tələb oluna bilər.

Şeremetyevo-dan onu da deyiblər ki, sözügedən dükan avqustun 16-da açılandan hələ ki bir problemli durum qeydə alınmayıb. «Amma ümumilikdə, bu, ciddi məsələdir. Vəziyyəti aviasiya təhlükəsizliyi xidmətimiz öyrənir. Əgər həmin əşyalarla bağlı sərnişinlərin təhlükəsizliyinə təsir göstərən problemlərlə davamlı üzləşsək, onda kommersiya tərəfdaşlarımız üçün bu əşyalarla bağlı xüsusi təlimatlar hazırlayacağıq», – deyə aeroportdan bildirilib.

Buna da bax: 'Erdoğan-la Putin bir-birini sevir'

Hava yolları şirkətləri, aeroportların bir çoxu oyuncaq silahların kabində daşınmasını qadağan edir.

Hərbi təbliğat

«Kalashnikov»un ilk suvenir dükanının açılması firmanın marketinq siyasətinin bir parçası olmaqla yanaşı, həm də Rusiya ordusunun təbliği kampaniyasının vüsət aldığı bir zamana təsadüf edir.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

2014-cü ildə Krımın ilhaqı Rusiyada milli ordunun qüdrəti kimi təbliğ olunurdu. İctimai rəydə ordunun nüfuzunun yüksək olmasından istifadə edən Müdafiə Nazirliyi o vaxtdan ölkənin müxtəlif yerlərində butiklər açmağa başlayıb. Belə butiklərdə üzərində ordunun simvolları, müxtəlif vətənpərvərlik şüarları, prezident Putinin və müdafiə naziri Şoyqunun rəsmləri olan paltarlar satılır.

«Kalashnikov»un ilk dükanının açılmasını işıqlandıran dövlət mediası bu dükanın yerləşdiyi yerin təhlükəsizlik baxımından riskli olub-olmadığına heç toxunmur. RIA Novosti-nin videosüjetində elektron musiqinin yüksək sədaları altında insanların məhsulları böyük maraqla nəzərdən keçirdiyi görünür. Başqa bir reportajda bir əlində fotoaparat, digər əlində avtomat olan fotoqraf görünür.

Buna da bax: Prezidentlər silahla [FOTOLAR]

Sosial mediada isə mühüm nəqliyyat şəbəkəsinin özəyində belə bir mağazanın açılması təəccüblə qarşılanıb. Xüsusilə də, 2011-ci ildə Domodedovo aeroportunda baş vermiş və 31 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra təhlükəsizlik tədbirlərinin artırılmalı olduğu nəzərə alındıqda.

Buna da bax: Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)

Putinin şəkli olan T-şörtlər, 2 metr hündürlüyündə karton hərbçi...

Moskva aeroportları, çoxdandır ki, vətənpərvər və millətçi təbliğat yerinə çevrilib. Hətta avtomatik satış aparatlarında belə üzərində Putinin şəkli olan T-şörtlər satılır. Ötən il Şeremetyevo-ya gələn sərnişinləri 2 metr hündürlüyündə karton hərbçi qarşılayırdı. Hərbçinin əlində avtomat, üzərində isə Krıma nəzarəti ələ keçirən rus hərbçilərə eyham vuran bu sözlər yazılmışdı: «Ruslar nəzakətli insanlardır».

Buna da bax: Prezidentlər silahla [fotolar]

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG