Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Rusiyadan göndərilən pullar 20% azalıb [video]


Azərbaycanın daha bir pul mənbəyi kəsilir
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Azərbaycanın daha bir pul mənbəyi kəsilir [A-Live]

Rusiyada yaşayan azərbaycanlıların öz ölkələrində ailələrinə göndərdikləri pulun həcmi son bir ildə 20 faizə qədər azalıb.

Bu haqda Rusiyanın Mərkəzi Bankı xəbər verir.

2016-ci ilin 4-cü rübündə Azərbaycana 149 milyon Amerika dolları göndəriblər. Bu da 2015-ci illə müqayəsədə 32 milyon dollar azdır.

Təhlilçilər buna təəcüblənmirlər. Neft ucuzlaşdıqca, Rusiya iqtisadiyyatı da zəifləyir. Azərbaycanlı miqrantların göndərdiyi pullar azalır.

Namiq Cəfərov 14 il idi ki, Rusiyada sahibkarlıq edirdi, Çindən mal vururdu.

Buna da bax:​ Azərbaycanlı miqrantlar vətənə qayıdır

Deyir, rubl dollar qarşısında ucuzlaşandan sonra, dükanını bağlayıb.

“Kurs qalxdı, sərf eləmədi. Bununla əlaqədar olaraq çox adam bağladı, nəinki mən. Topdansatış mərkəzində işləyənlərin çoxunun başına gələn haqq -hesablardır. Demək olar ki, 90 faizi bazarlardan çıxdılar. Əvvəl demək olar ki, hamı pul qazanırdı açığı, indi isə çörəkpulu çıxır. Pul köçürmələri isə çox azalıb, əvvəllər burda yaşayanlar bir neçə ailəni saxlayırdılar, indi isə adam qohum -əqrəbanın yanında xəcalətlidir. Heç kimə kömək edə bilmirsən, heç kimi heç nə göndərə bilmirsən”.

Rusiyada yaşayan jurnalist Tünzalə Vəliqızı deyir ki, azərbaycanlılar orada əsasən sahibkarlıqla məşğuldurlar və elə adamlar var ki, biznesin həcmi iki dəfəyə qədər azalıb. Kiçik sahibkarlar isə daha çox ziyan çəkiblər. Elə sahibkarlar var ki, biznesini tamamilə bağlayıb, indi sürücülüklə məşğuldur.

Buna da bax:​ Rusiyadakı türklər: qalmaq çətindir, yoxsa, getmək?

Sahibkarlardan savayı bir qrup azərbaycanlı da var ki, onlar maaşla çalışırlar- müxtəlif xidmət sahələrində. Rusiyada alıcılıq qabiliyyəti azalıb deyə, onların da gəlirləri düşüb:

“Azərbaycanlıların burda kirayədə qaldığını nəzərə alsaq, artıq azərbaycanlı bura gəlir mənbəyi kimi baxa bilmir. Miqrantların dolanışığı nəzərə çarpacaq dərəcədə çətinləşib”.

Amma Tünzalə Vəliqızı deyir ki, gəlirlər aşağı düşsə də miqrantların durumun yaxşılaşacağına ümid edirlər və vətənə qayıtmaq əksəriyyətin gündəmində deyil.

Vətəndə isə miqrantların pulu az göndərməsi iqtisadi durumu daha da pisləşdirir. Bunu iqtisadi təhlilçi Natiq Cəfərli deyir.

Buna da bax:​ Rusiyadan pulsuz dönən azərbaycanlılar...

Natiq Cəfərli
Natiq Cəfərli

Onun sözlərinə görə, 2013-cü ildə miqrantlar Rusiyadan Azərbaycana 4 milyard dollara qədər pul göndərmişdilər. Pul azaldıqca ölkədə mənzil bazarı, avtomobil bazarı kiçiir. Üstəlik, miqrantlar ölkədən pul çıxarırlar:

"Əvvəllər Rusiyada yaşayan azərbaycanlılar bir neçə mənzil alırdı. İndi onlar Azərbaycanda olan daşınmaz əmlaklarını satıb, əldə etdikləri vəsaiti Rusiyadakı bizneslərini ayaqda saxlamaq, genişləndirmək üçün istifadə etməyə çalışırlar".

Buna da bax:​ Deputat: 'Rusiya hansısa bir yaramaz addım atdığı halda...'

Natiq Cəfərli deyir ki, Rusiyada yaşayanların ölkəyə kütləvi şəkildə qayıdacağını gözləmir, çünki qonşu ölkədə iqtisadi vəziyyət hələ də qat-qat Azərbaycandan yaxşıdır. Əgər orda durum daha da pisləşərsə, çarəsizlər ölkəyə qayıdacaq, daha imkanlılar isə növbəti ölkələr axtarışına çıxacaqlar. Məsələn, Avropa və ya nisbətən iqtisadi durumu yaxşı olan Qazaxıstan.

Qeyri-rəsmi məlumatlara görə Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və işləyir.

Buna da bax:

Azərbaycanlılar niyə Rusiyaya işləməyə gedir?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG