Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Rusiyadakı türklər: qalmaq çətindir, yoxsa, getmək?


►Bundan sonra heç bir şirkət Türkiyə vətəndaşlarını işə götürməyəcək...

Ankara ilə Moskva arasındakı təyyarə böhranından sonra Rusiyadakı türklərin həyatı necə keçir? BBC-nin türk redaksiyasına danışanlardan biri “bura çox bağlıyam, qayıda bilmirəm”, bir başqası isə “aeroportdayam, İstanbula uçuram, çox sevinirəm” deyir.

Noyabrın 24-də Türkiyənin bir neçə xəbərdarlıqdan sonra hava sərhədini pozmuş Rusiya təyyarəsini vurması təkcə siyasətə deyil, on minlərlə sadə insanın həyatına da təsir göstərib.

Ortaya çıxan problem, sadəcə, Türkiyədən gedəcək pomidor, meyvə, ya da Rusiyadakı inşaat sektoruyla bağlı deyil.

Bundan sonra heç bir şirkət Türkiyə vətəndaşlarını işə götürməyəcək. Rusiyada işləyənlər isə işləmək icazələrinin müddəti bitdiyindən ölkədən çıxmaq məcburiyyətindədir.

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

“HƏR ŞEYİMİ YIĞIB TÜRKİYƏYƏ QAYIDACAĞAM”

Rusiyada yaşayan 86 min Türkiyə vətəndaşının bir qismi Moskvanın qoyduğu embarqolar ucbatından Rusiyadan çıxır. Bəziləri isə hələ qalmağı düşünür.

Qayıtmaq qərarı verən 36 yaşlı Oğuz 8 il əvvəl Rusiyaya gedib. Deyir ki, hər şeyini yığıb Türkiyəyə gəlir:

“Bir həftə içində iş üçün üç ayrı şəhərə gedəcəyəm. Artıq Rusiyada qalmağın bir mənası yoxdur”.

Oğuz indiyə qədər Rusiyada mağaza, otel idarəçiliyində işləyib:

“Rusiyadakı iqtisadi böhranın bitməsini gözləyirdik ki, bu dəfə də təyyarə məsələsi çıxdı. Artıq burda qalmağın mənası yoxdur”.

Sonra da Rusiyada qalmağın rikslərindən danışır: “Bir dostumun yaşamaq icazəsi ola-ola onu deportasiya elədilər. Ya da borcu olanlar çox rahatlıqla türk firmalarına deyirlər ki, “borcunu ödəməyəcəyəm”. Türklərin idarə etdiyi iş yerlərinin çoxu bağlanıb”.

Oğuzun həyat yoldaşı rusdur. Onunla bir problemi yoxdur. Deyir ki, həyat yoldaşı çoxdan Türkiyədə yaşamaq istəyirmiş.

Buna da bax: Daş karxanalarına ikinci zərbə…

“BURA BAĞLIYAM, NECƏ GƏLİM?”

Ancaq qalmaq istəyənlər də var. Burak Baytar Rusiyaya 9 il əvvəl gedib. 5 ildir özünə iş qurubmuş. Ancaq bir tərəfdən iqtisadi, bir tərəfdən də siyasi böhran onu çətinə salıb. Qayıtmaq da istəmir. Deyir, tanışları bilir ki, qayıtmayacaq, ona görə bəzi məişət əşyalarını ona veriblər.

Bəs, o, niyə qalır? Burak deyir ki, söhbət puldan deyil, işə sərf olunan əməkdən gedir:

“5 ildir bütün əməyimizi, gücümüzü işimizə qoyduq. Tanışlarımdan ağlaya-ağlaya gedənlər var. Onlar itirdikləri qazanca yox, çəkdikləri əziyyətə ağlayırlar”.

Burak deyir ki, təyyarə böhranından sonra ailəsi ilə köçməyi planlaşdırdıqları kirayə evə yığışa bilməyiblər. Ev sahibi deyib ki, başına iş açmaq istəmir. Artıq maşın da sürmür. Çünki bütün sənədlər qaydasında olsa belə, yol polisi ilə söz-söhbət yaranacağından çəkinib. Bir aydır sifariş almır:

“Ancaq marketdə Türkiyə pomidoru gördüm. Altına türk markası yapşdırılmışdı. Ancaq üstünə “Misir malı” yazmışdılar”.

Rus satıcılar türk meyvəsini boykot edib
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

XS
SM
MD
LG