Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Deputat: 'Rusiya hansısa bir yaramaz addım atdığı halda...'


Rasim Musabəyov

Ümumrusiya Azərbaycan Konqresi ləğv olunsa, fərz edirəm ki, bunun ikitərəfli münasibətə mənfi təsiri olacaq”.

Deputat Rasim Musabəyov Rusiyanın Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi tələbi ilə məhkəməyə müraciət etməsi barədə məlumatları şərh edərkən belə deyib.

Deputat bunu izah etməkdə çətinlik çəkdiyini ifadə edib.

Buna da bax:​ H.Əliyevin Rusiyada yaratdığı qurumun ləğvi gözlənir

“Hər bir halda, bu, heç də xoş münasibətin təzahürü deyil. Yəqin Rusiyada da anlayırlar ki, siyasətdə qarşılıqlı prinsipi heç kəs ləğv etməyib. Yəni kimlərsə bəhanə edir ki, bizim o təşkilat səfirliklə sıx əlaqədə çalışır, Rusiyanın da Azərbaycandakı icması da Rusiya səfirliyi ilə kifayət qədər sıx fəaliyyət göstərir. Biz bunu qəbahət hesab etmirik”.

Deputat məsələ ilə bağlı təxminlərini ifadə edib:

“Rusiya indi çalışır ki, bütün əhatəsində olan təşkilatları tam özünə, inzibati orqanlara tabe etsin. Ola bilsin ki, bizim təşkilatı onlar istədikləri dərəcədə özlərinə tabe edə bilmirlər”, deputat deyib.

Buna da bax:​ Azərbaycan Vyana razılaşmasına əməl edib

Azərbaycanın əks addım olaraq Azərbaycandakı rus diaspor təşkilatları, o cümlədən bir neçə universitet filialına problemlər yaratma imkanları ilə bağlı sualın cavabında deputat, bunun yolverilməz olduğunu vurğulayıb.

“Biz o məktəbləri, universitetləri Rusiyanın xoşuna gəlməkdən ötrü açmamışıq. Bu, birinci növbədə öz maraqlarımıza cavab verir. Ancaq, o ki, qaldı icmaya, Rusiya icmasına doğma bir təşkilat kimi yanaşırıq. Düşünmürəm ki, indi Rusiya hansısa bir yaramaz addım atdığı halda biz bilavasitə götürüb rus icmasına çətinliklər yaratmalıyıq. İcmanın rəhbəri Azərbaycan parlamentinin üzvüdür...”.

Xatırlatma

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsindən ötrü Ali Məhkəməyə müraciət etdiyi bildirilir. Bununla bağlı aprelin 3-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də narahatlığını ifadə edib.

Buna da bax:​ Xaricdə yaşayan azərbaycanlılar da sosial yardım alacaq [müsahibə]

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.

Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ı ölkə qanunvericiliyinin tələblərini pozmaqda günahlandırdığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG