Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:28

H.Əliyevin Rusiyada yaratdığı qurumun ləğvi gözlənir


Rusiya-Azərbaycan

Diasporla iş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv ediləcəyinə dair məlumatlarla bağlı açıqlama yayıb.

Komitə qurumun ləğv olunmasından ötrü Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciət etməsi haqda məlumatların narahatlıq doğurduğunu bildirir.

Açıqlamada xatırladırlar ki, bu qurum keçmiş prezident Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin-in dəstəyi ilə yaradılıb: «ÜAK Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, soydaşlarımız arasında milli həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir sıra uğurlu layihələrə imza atıb».

Sənəddə vurğulanır ki, bu qurumun qurultayında prezidentlər İlham Əliyev və V.Putin iştirak ediblər.

Komitə ümid edir ki, Rusiya Federasiyasının uyğun qurumları ədalətli qərar qəbul etməklə iki ölkənin milli maraqlarını nəzərə alacaqlar.

ÜAK 2001-ci ildə keçmiş prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında (RF) yaradılıb.

ÜAK RF-nin 67 subyektində 73 regional bölməsi ilə fəaliyyət göstərirdi.

Verilən xəbərlərə görə, Rusiya Federasiyası Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edərək, ÜAK-nın ləğv edilməsini istəyib. Buna səbəb kimi təşkilatın Rusiya qanunvericiliyinin tələblərini pozduğu göstərildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG