Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 17:00

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatını azaltmaları barədə razılaşma çərçivəsində Azərbaycan götürdüyü öhdəliyi tam yerinə yetirib.

Yəni, hasilatı sutkada 35 min barel azaldıb.

Bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.

Buna da bax:​ Azərbaycan neft hasilatını vəd etdiyindən də çox azaldıb

Nazirlik qeyd edir ki, Azərbaycan hasilatın azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Həmin məlumatda bildirilir ki, cari ilin martında ölkə üzrə gündəlik neft hasilatı 733,3 min barel olub. Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40,0 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə, Azərbaycan götürdüyü öhdəliyi tam yerinə yetirib.

Buna da bax: Neft hasilatının azaldılması qüvvədə qala bilər

Nazirlik əlavə edir ki, Azərbaycan yanvarda 793,9 min, fevralda isə 776,4 min barel neft hasil edib.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş bu ilin birinci yarısından ötrü bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb.

Buna da bax:​ Natiq Əliyev: 'Hasilatçı ölkələr neftin qiymətindən razıdır'

Bundan sonra neftin qiymətində müəyyən artım baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG