Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:33

Natiq Əliyev: 'Hasilatçı ölkələr neftin qiymətindən razıdır'


Sənaye və energetika naziri Natiq Əliyev

“Əgər Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan dövlətlər 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdikləri sazişin müddətini uzatsalar Azərbaycan da buna qoşulacaq”.

Bunu energetika naziri Natiq Əliyev AZƏRTAC-a açıqlamasında deyib.

Buna da bax:​ OPEC hasilatı azaldıb, amma Rusiya...

Natiq Əliyev qeyd edib ki, Azərbaycanın neft hasilatını azaltmaqda öz vacib səbəbləri və imkanları var.

“Azərbaycanın bugünkü siyasəti OPEC-in siyasəti ilə üst-üstə düşür və ona uyğun gəlir. Ona görə də, biz onların qərarlarını dəstəkləyirik. Lakin hər bir əməkdaşlıq ilk növbədə iqtisadi əsaslara söykənir. Əlbəttə ki, bu əməkdaşlıqda bizim də iqtisadi maraqlarımız var. Əgər bu qərarlar və əməkdaşlıq bizim maraqlara uyğun gəlirsə onları dəstəkləyirik”.

Buna da bax:​ ABŞ-da yeni quyuların qazılması neftin qiymətini saldı

Nazir OPEC üzrə Monitorinq Komitəsinin yaradıldığını deyib:

“Həmin qurumun rəylərinə görə, hasilatın azaldılması qərarının neftin qiymətinə təsiri var. Neftin qiyməti yanvarın 1-dən bu günədək demək olar ki, təxminən 2-3 dollar/barrel arasında dəyişib. Qiymət 60 dollar/barreli ötməsə də, çox yaxşı haldır ki, 50 dollar/barreldən də aşağı düşməyib. Hesab edirəm ki, qiymətlərdəki stabillik daha gözəl faktordur, nəinki tez-tez bahalaşması və ya aşağı düşməsi. Bu gün OPEC və digər hasilatçı ölkələr neftin hazırkı qiymətlərindən razıdırlar”.

Nazir bildirib ki, hasilatın azaldılması ilə bağlı sazişin müddəti uzadılarsa, Azərbaycan da buna qoşulacaq.

Buna da bax:​ Azərbaycan neft hasilatı öhdəliyinə sadiq olduğunu bildirir

Xatırlatma

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Artıq, Azərbaycan yanvar ayı ilə bağlı məlumatları da təşkilata təqdim edib. Həmin məlumata görə, bu ilin yanvarında ölkə üzrə gündəlik neft hasilatı 793.9 min barrel olub. Bunun 743.1 min barrelini xam neft, 50.8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50.8 min barrel kondensat, 24.2 min barrel də neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, bununla 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan öhdəliyi tam yerinə yetirib. Yəni Azərbaycan hasilatı sutkada 35 min barrel azaldıb: «Belə ki, saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829.1 min barrel təşkil edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG