Keçid linkləri

2017, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 10:16

'Mərhəmət rəfləri' təkcə götürmək üçün deyil...


Yakutsk (Rusiya). 'Mərhəmət rəfi'.

Yakutsk (Rusiya). 'Mərhəmət rəfi'.

Rusiyada ərzaq oğurluğu hallarının say kəskin artıb: aclıq və səfalət insanları buna vadar edir. Bəzi şəhərlərdə könüllülər aclar üçün dükanlarda "mərhəmət rəfləri" yaradıblar. Hər kəs bu rəflərdə aclara ərzaq qoya bilər. Ancaq pulsuz ərzaqlardan yararlanaraq varlanmaq istəyənlər də tapılıb. Bu barədə AzadlıqRadiosu-nun tacik xidməti yazır.

Maxaçqala və Sverdlovsk vilayətində tələbələr, qaçqınlar və təqaüdçülər “mərhəmət rəfləri”nə qoyulmuş çörək və başqa ərzaqlardan yararlanırlar. Son aylar artıq İrkutsk və Yakutsk şəhərlərində də belə rəflər yaradılıb. İrkutskda bu işin təşəbbüskarı iri ticarət şəbəkəsidir. Yakutskda isə rəfi kiçik bir dükanın sahibəsi yaradıb.

Buna da bax:​ Evinin əşyasını satanlar çoxalıb- [Fotolar, Video, Səslər]

“PUL ÇATMIR”

...Yelena Mikhailovna bazarlıq edərkən artıq əvvəlcədən bir baton çörək və iki paket əriştəni "mərhəmət rəfi"nə qoyacağını bilir. Qadının təqaüdü çox deyil. Ancaq o deyir ki, indi zəmanə belədir: bəzən sən kiməsə kömək edirsən, bəzən sənə kömək edirlər. İrkutskdakı dükanın Yelena Mikhailovna kimi düşünən alıcıları çoxdur. Nəticədə stellaj boş qalmır.

"Təqaüdçüyəm, tənha yaşayıram, başqa heç kim yoxdur, ona görə də belə aksiya lazımdır. Dərmanlar bahadır, bəzən olur ki, nəsə alırsan, pul çatmır. Özü də bizim zəmanəmizdə, böhran vaxtı", – təqaüdçü Ella Saprykina deyir.

İrkutskda yerləşən bu dükanda "mərhəmət rəfi"ni bir ay əvvəl qoyublar. Dükan sahibləri deyirlər ki, sadəcə, yaxşı bir iş görmək istəyiblər. Təqaüdçülər də, çoxuşaqlı ailələr də, tələbələr də pulsuz çörək və makaron götürməyə bura gəlirlər.

Buna da bax: Deputat: 'Təqaüdçüyə deyərdim ki, ünvanını versin mənə...'

Yakutsk (Rusiya). 'Mərhəmət rəfi'.

Yakutsk (Rusiya). 'Mərhəmət rəfi'.

RƏFDƏ TƏKCƏ ŞİRNİYYAT ÇATIŞMIR

"Yaxşılıq eləmək çox asan və sadədir: sən iyirmi rubla bir çörək alıb, sadəcə, onu rəfə qoyursan. Özün də dəqiq bilirsən ki, bu, kiməsə şam, nahar eləməyə kömək edəcək. Bu, sədəqə verməkdən daha asan və daha etibarlıdır", – Yuliya Kuklina deyir.

Uşaq evində yaşayan yetim uşaq bu dükana artıq üçüncü dəfədir gəlir. Deyir əvvəl utanırdım. Rəfdə isə təkcə şirniyyat çatışmır.

Rəfin olduğu dükan şəbəkəyə daxildir. Dükanlar şəbəkəsinin sahibləri tezliklə başqa ticarət məntəqələrinə də bu rəflərdən qoyacaqlarını deyirlər: alıcıların mərhəmətə tələbatı var. Artıq rəfləri pulsuz ərzaqla doldurmağa hazır şirkətlər də var.

Dükanın müdir müavini Tatyana Smirnovanın sözlərinə görə, sui-istifadə halları qeydə alınmayıb.

Buna da bax:​ 100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?

MİNİ SERİAL DA ÇƏKİB

Yakutskda yerləşən bir dükanın sahibəsi Olga Nikolayeva "mərhəmət rəfləri" barədə xəbəri oxuyub öz dükanında da belə bir rəf yaradıb. Ancaq onun təcrübəsi o qədər də müsbət olmayıb. Nikolayeva deyir ki, ilk günlərdə zahirən pulsuz yeməyə ehtiyacı olmayan adamlar rəflərdən ərzağı paketlərlə daşıyırmışlar. Hələ üstəlik deyinirmişlər də. Bəziləri hətta Olganı öz mənfəətini güdməkdə ittiham ediblər.

Olga dükandakı kamerayla belə adamlar haqqında mini serial da çəkib.

"Bu gün yenə şəhərin mərkəzində ipoteka ilə ev almış qadın gəlmişdi. Ona deyirəm ki, bağışlayın, bu, sizin kimi adamlar üçün deyil. İndi gərək buna necəsə nəzarət edək", – dükan sahibəsi söyləyir.

Buna da bax:​ "Elə insanlar var ki, ət ala bilmir"

Ancaq Olga elə təşəbbüsü dayandırmaq istəyirmiş ki, bir ailə cütlüyü gəlib rəfi ərzaqla doldurub. Sonra Moskvadan bir qadın ehtiyacı olanlara şirniyyat pulu göndərib. Bunun ardınca dükana Yakutskda tanınmış könüllü gəlib və əməkdaşlıq təklif edib. Olga dükanın işçiləri ilə birlikdə müftəxorlarla mübarizə qaydaları işləyib hazırlayıb və rəfi yığışdırmaq fikrindən vaz keçib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG