Buğda qıtlığı
Britaniya kəşfiyyatı xəbərdarlıq edib ki, Ukraynanın Odessa limanını Rusiyanın blokadaya alması buğda ixracında qıtlığa səbəb olub, bunu quru yoluyla kompensasiya etmək mümkün deyil. Ukrayna və Rusiya birlikdə qlobal buğda təchizatının üçdə birini təşkil edir. Ətraflı
Mariupoldan İtaliyaya qaçan qadın evlənmək üçün geri dönüb
Tatyana deyir ki, indi valideynlərini də Mariupoldan Lvova gətirmək istəyirlər. Çünki qış gələndə yaşamağa yerləri olmayacaq. Deyir ki, normal işi, ev-eşiyi vardı, amma indi ailəsindən başqa heç nəyi qalmayıb.
ABŞ Çini Rusiyadan da böyük təhlükə kimi görür
ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonda çıxışında deyib ki, ABŞ Rusiyanın Ukraynadakı müharibəsini beynəlxalq sabitliyə birbaşa təhdid hesab edir. Amma Bayden administrasiyası Çinin daha böyük təhlükə olmasına inanır. Ətraflı
Putin Ukrayna taxılının ixracı ilə bağlı şərt irəli sürüb
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla danışan Putin sanksiyaların ləğvi müqabilində Ukrayna taxılının ixracı ilə bağlı danışmağa hazır olduğunu bildirib. Ukrayna dünyanın ən böyük buğda, qarğıdalı və günəbaxan yağı ixracatçılarından biridir. Hazırda Rusiya silahlı qüvvələrinin Ukraynanın Qara dəniz limanlarını bağlaması səbəbindən dünya ərzaq tədarükü təhlükəsi ilə üzləşib. Ətraflı