Ermənistanda yeni həyat quran rusiyalılar
Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan informasiya texnologiyası sahəsində çalışan minlərlə rusiyalı Ermənistana köçüb. Hökumətin mayın 23-də yaydığı məlumata görə, Ermənistanın İT sektorunda rəsmi qeydiyyatdan keçmiş işçilərin sayı 50 faizədək artıb. Ətraflı
ABŞ Ukraynaya HIMARS raket sistemləri verəcək
ABŞ Prezidenti Co Bayden Ukraynaya 80 kilometrədək məsafəni vura biləcək müasir raket sistemləri verməyə razılaşıb. Bayden deyir ki, Rusiyanın Ukraynaya qarşı işğalı diplomatiya ilə bitəcək, amma Birləşmiş Ştatlar Ukraynaya danışıqlar masasında üstünlük əldə etməsi üçün vacib silah və sursatı verəcək. Ətraflı
ABŞ və Almaniya Ukraynaya yeni silahlar göndərir
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Putindən xəbərdarlıq: Əgər Kiyevə uzaqmənzilli raketlər verilsə...
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya bundan nəticə çıxaracaq: "Bəli, əgər onlar verilirsə və veriləcəksə, biz bundan müvafiq nəticə çıxarıb hələ də vurmadığımız obyektlərə zərbələr endirmək üçün əlimizdə olan kifayət qədər silahımızdan istifadə edəcəyik". Ətraflı