Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 14:22
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Almaniya və İtaliya öz şirkətlərinə rubl hesabları açmağa icazə verib

Bundan əvvəl Polşa, Finlandiya və Bolqarıstan Rusiyanın "Qazprombank"dakı rubl hesabları vasitəsilə qazın ödənilməsi tələbini yerinə yetirməkdən imtina ediblər. Bundan sonra bu ölkələrə qaz nəqli dayandırılıb. Ətraflı

Belarus Ukrayna sərhədində qoşun cəmləşdirir

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Belarus Ukrayna sərhədi boyunca qoşun cəmləşdirilməsini və aktivliyini artırıb: "Belarus Respublikasının silahlı qüvvələri kəşfiyyat fəaliyyətini intensivləşdirib və Homel rayonunda sərhəd boyunca əlavə hərbi birləşmələr yerləşdirib". Mayın 23-də verilmiş məlumatda deyilir ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır. Ətraflı

Avropa Rusiyanı ərzaq şantajına keçməkdə ittiham edir

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen mayın 24-də deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir: "Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxil məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar". Ətraflı

Zaporojye və Xerson sakinlərinə Rusiya vətəndaşlığı verilməsi sadələşdirilir

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığı verilməsi prosedurunu sadələşdirir. Rusiya qüvvələri Xerson vilayətini, eləcə də Zaporojyenin böyük hissəsini nəzarətə alıb, bu regionlarda hərbi administrasiyaların qurulduğu bildirilir. Ətraflı

Davamı

XS
SM
MD
LG