Ukrayna üçün "Aİ-yə aparan kəsə yol yoxdur"
Almaniya kansleri Olaf Şolts deyir ki, Rusiyanın işğalına baxmayaraq, Ukraynanın Avropa İttifaqına üzvlüyü sürətləndirilə bilməz. Kiyev isə bu bəyanatı "ikinci dərəcəli" davranış kimi dəyərləndirib. "Aİ-yə aparan kəsə yol yoxdur", – Şolts mayın 19-da Almaniya parlamentində deyib. Onun sözlərinə görə, Ukraynaya müstəsna münasibət bloka üzv olmaq istəyən Qərbi Balkan ölkələrinə haqsızlıq olardı. Ətraflı
İsveçlə Finlandiya ərazilərində nüvə silahı olmayacağını deyirlər
Türkiyə bir daha bu ölkələrin NATO-ya qəbulunu veto hüququ ilə əngəlləyəcəyini bildirib. Ankara İsveçlə Finlandiyanı terrorçuları dəstəkləməkdə günahlandırır.
ABŞ Belarusa sanksiyaları altı aylığa qaldıra bilər
Birləşmiş Ştatlar Ukraynadan buğdanın Belarus ərazisindən dəmiryol ilə Litvanın Klaypeda limanına ixracı marşrutunu nəzərdən keçirir. Bunun qarşılığında Belarus lideri Aleksandr Lukaşenkoya ölkənin potaş gübrə sənayesinə sanksiyaların altı aylığa qaldırılması təklif olunur. Bu haqda "The Wall Street Journal" qəzeti yazır. Ətraflı