ABŞ kəşfiyyatı: Putin Ukraynada uzun müharibəyə hazırlaşır
"Bizim qiymətləndirməmizə görə, prezident Putin uzanan münaqişəyə hazırlaşır. O bu müddətdə özünün Donbasdan da uzağa gedən məqsədlərinə çatmaq niyyətindədir". Bu barədə mayın 10-da Konqresdə çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns danışıb. Xanım Heyns deyib ki, Rusiya Moldovanın separatçı Dnestryanı regionuna quru dəhlizi açmaq istəyir. Ətraflı
Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır
Vaşinqtonun açıqlamasına görə, artilleriya qurğularından başqa, Kiyevə hava hücumundan müdafiə sistemləri və uzaq məsafə qət edə bilən dronlar da veriləcək.
Finlandiya NATO-ya tələsir
Finlandiyanın Prezidenti Sauli Niinistö və Baş naziri Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirlər. Onların birgə bəyanatı mayın 12-də yayılıb. Bəyanatda deyilir ki, alyans ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edə bilər. Ətraflı
Senator Ukraynaya 40 milyard dollarlıq yardımı ləngidir
Mayın 12-də ABŞ Senatındakı demokrat və respublikaçı millət vəkilləri nadir hallarda görünən yekdilliklə Ukraynaya 40 milyard dollarlıq yardım paketi qərarını səsvermədən keçirmək istəsələr də, buna son anda respublikaçı senator Rend Pol mane olub. Senator Pol gileylənib ki, bu, bir ayın ərzində Ukrayna üçün ikinci böyük yardım paketidir və Konqres "elə hey pul xərcləyir". Ətraflı