Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

Finlandiya rəhbərliyi NATO-ya üzvlüyü dəstəkləyir


Finlandiya Prezidenti Sauli Niinisto
Finlandiya Prezidenti Sauli Niinisto

"Finlandiya yubanmadan NATO üzvlüyü üçün müraciət etməlidir"

“NATO üzvlüyü Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya NATO üzvü kimi alyansın müdafiəsini bütünlükdə gücləndirəcək. Finlandiya yubanmadan NATO üzvlüyü üçün müraciət etməlidir. Ümid edirik, bu qərar üçün dövlət səviyyəsində gərəkən qərarlar bir neçə günə sürətlə veriləcək”, – Finlandiya Prezidenti Sauli Niinisto və Baş nazir Sanna Marin mayın 12-də birgə bəyanatda bildiriblər.

Bəyanatda qeyd edilir ki, mayın 15-də xüsusi komissiya Finlandiyanın üzvlüklə bağlı rəsmi qərarını elan edəcək.

Rusiya ilə 1340 km-lik sərhədi olan Finlandiya Moskva 2014-cü ildə Krımı ilhaq edəndən sonra NATO ilə əməkdaşlığı gücləndirib.

Finlandiya 1939 və 1944-cü illərdə Sovet İttifaqı ilə iki dəfə müharibə aparıb, işğalın qarşısını alsa da, ərazisinin onda bir hissəsini itirib, Rusiya ilə sülh sazişi imzalayıb.

Müharibədən sonra neytrallığını saxlayan Finlandiya müxtəlif vaxtlarda Moskva ilə Qərb arasında vasitəçi kimi çıxış edib.

***

Finlandiyanın Prezidenti Sauli Niinisto və Baş naziri Sanna Marin ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirlər. Onların birgə bəyanatı mayın 12-də yayılıb. Bəyanatda deyilir ki, alyans ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edə bilər.

***

Mayın 12-də Finlandiya NATO-ya üzv olmaqla bağlı çoxdan gözlənən mövqeyini açıqlamalıdır. Bu, rəsmi qərara doğru ilk addım hesab olunur. Rusiyanın Ukraynanı işğal etməyə başlaması bu neytral Skandinaviya ölkəsində ictimai fikirdə kəskin dəyişikliyə səbəb olub.

“Reuters”in diplomatik mənbələrə istinadla yamasına görə, Finlandiya NATO-ya üzv olmaq niyyətini açıqlayacaq. İsveçin də oxşar addım atacağı gözlənir.

“Birbaşa təhdid”

Avropa İttifaqının (Aİ) liderləri mayın 12-də xəbərdarlıq ediblər ki, Rusiya dünya düzəninə “birbaşa təhdidi” yaradır. Onlar Moskvanın Ukraynaya hücumunu “barbarlıq” adlandırıblar. Bu arada Ukraynanın şərq və cənub hissəsində ağır döyüşlər davam edir.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa Şurasının Prezidenti Şarl Mişel mayın 12-də Yaponiyada bu ölkənin Baş naziri Fumio Kişida ilə görüşüblər.

Rusiya “Ukraynaya qarşı barbar müharibəsi aparması və Çinlə narahatedici paktıyla dünya düzəninə birbaşa təhdid yaradır”, – von der Leyen Kişida ilə görüşdən sonra deyib.

Ukrayna ordusu ölkənin şərqində Rusiya qüvvələrini əkshücumla geri oturduğunu bildirir. Bu, müharibənin gedişatında dəyişikliyin başlanğıcı ola bilər.

Silahlı qüvvələrin Baş qərargahı bildirib ki, sərhədin cəmi 40 km-də yerləşən Xarkovun şimalındakı Pitomnik kəndi geri alınıb.

Britaniyanın Müdafiə Nazirliyi də günlədik bülletenində Rusiya qüvvələrinin Xarkov ərazisindən çəkildiyini qeyd edir.

Ukrayna əsgərləri təlim keçir

Ukraynanın cənubunda və şərqində qızğın döyüşlər getdiyi bir vaxtda Almaniyanın Müdafiə Nazirliyi 60-dək Ukrayna əsgərinə Panzerhaubitze 2000 artilleriya sistemilə bağlı təlim keçildiyini açıqlayıb. Almaniya özünün hazırladığı sistemdən yeddisini Ukraynaya vəd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Almaniya Kansleri Olaf Şolts ilə Berlinin ölkəsinə Rusiya işğalına qarşı əlavə yardımını müzakirə edib.

Xerson

Ukraynanın cənubundakı Xerson vilayətində Kremlin təyin etdiyi siyasətçi deyib ki, region rəsmiləri Rusiya Prezidenti Vladimir Putinin Xersonu Rusiyanın “müvafiq regionu”na çevirməsinə istəyirlər.

“Xerson şəhəri Rusiyadır”, – Xerson regional administrasiyası başçısının müavini Kiril Stremusov Rusiyanın “RIA Novosti” agentliyinə bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, “belə bir müraciətin olunmasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər”. Onun sözlərinə görə, ərazinin ilhaqıyla bağlı istənilən addımı hüquq ekspertləri dəyərləndirəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG