Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər
Söhbət milyardlarla dollardan gedir. Bundan başqa, Rusiya-Ukrayna münaqişəsinə görə sement və polad kimi tikinti materiallarının kəskin şəkildə bahalaşması bu şirkətlərin gəlirini əhəmiyyətli dərəcədə azaldıb.
Mariupol savaşı başa çatır
Ukraynanın Müdafiə Nazirliyi 263 ukraynalı döyüşçünün, o cümlədən 53 ağır yaralının mayın 16-da zavoddan çıxarılaraq Rusiyanın nəzarətində olan əraziyə aparıldığını deyir. Ətraflı
"Azovstal"dan 959 döyüşçü çıxarılıb
Mariupoldakı "Azovstal" polad zavodundan çıxarılmış ukraynalı döyüşçülər Donetskdəki Yelenovka kəndində keçmiş islah koloniyasına aparılıb. Bu haqda "Reuters" şahidlərə istinadla xəbər yayıb. Həmin koloniya hazırda Rusiya hərbçilərinin və Donetskdəki separatçıların nəzarətindədir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Azovstal"dan ümumilikdə 959 hərbçi çıxarılıb, onlardan 51 yaralı Donetsk vilayətindəki Novoazovsk xəstəxanasına aparılıb. Ətraflı
ABŞ Ukraynaya taxılını satmaqda kömək edəcək
ABŞ Qərb müttəfiqləri ilə birlikdə Ukraynaya taxıl və qarğıdalı dənini dünya bazarına çıxarmaqda kömək edəcək. Hazırda bu məhsul Rusiyanın Ukraynaya hücumuna görə anbarlarda bloklanıb. Ətraflı