Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 04:50
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Lavrov nüvə silahından və Üçüncü Dünya müharibəsindən danışır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dövlət telekanalına müsahibəsində deyib ki, hazırda nüvə müharibəsi təhlükəsi xeyli çoxdur və bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz. Rusiya XİN-in başçısı bildirib ki, Qərb ölkələri Ukraynanı silahla təchiz etməklə əslində Rusiyaya qarşı proksi-müharibə aparırlar. Ətraflı

BMT-dən çağırış

BMT-nin Baş katibi Antonio Quterreş bir daha Ukraynada atəşkəsə çağırıb, Rusiyanın qonşusuna qarşı müharibəsinin dünyada ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı xəbərdarlıq edib. "Effektiv dialoq, atəşkəs, dinc həll üçün mümkün qədər tez şərait yaratmağın yollarının tapılmasında həddən artıq maraqlıyıq", – Quterres aprelin 26-da Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşün əvvəlində deyib. Ətraflı

Putin "prinsipcə" razıdır

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreşə deyib ki, o, Ukraynadakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir: "Hərbi əməliyyatın davam etməsinə baxmayaraq, biz hələ də ümid edirik ki, diplomatik cığırda razılaşmalara nail ola biləcəyik". Putin habelə Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavodundan dinc sakinlərin evakuasiyasında BMT və Qırmızı Xaçın iştirakına "prinsipcə" razılıq verib. Ətraflı

Dnestryanıda dron hücumlarından danışırlar

Moldovanın Dnestryanı regionunun separatçı rejimi Rusiyanın sursat deposu yerləşən kəndin üzərində Ukraynadan dronlar uçduğunu, sonra atəş açıldığını iddia edir. "Ötən gecə Kobasna kəndi üzərində səmada bir neçə dron görünüb. Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb", – məlumatda vurğulanır. Ətraflı

Davamı

XS
SM
MD
LG