Moldova prezidenti ölkədə təxribat törədildiyini deyir
Kreml isə deyir ki, Dnestryanı bölgədə baş verənləri diqqətlə izləyir və regiondan gələn xəbərlər ciddi narahatlıq doğurur.
Putinin Moldova ssenarisi
"Putinin xəyalındakı ssenari belədir: O, Ukraynanın cənubunu bütünlükdə ələ keçirir, Dnestryanını tanıyır, sonra Moldovanın qalan hissəsində, o cümlədən Qaqauziyada iğtişaşlar törədir", – Birminhem Universitetində beynəlxalq təhlükəsizlik professoru Stefan Vulff deyir. Qaqauziya Moldovada muxtar vilayətdir, sakinləri, əsasən, türkdilli pravoslav xristianlardır. Ətraflı
Konqres Ukrayna üçün 'lend-liz' qanununu dəstəklədi
ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 28-də əksər səs çoxluğu ilə Ukrayna üçün "lend-liz" qanununu qəbul edib. Qanun Rusiya ilə müharibədə olan Ukraynaya ABŞ-ın hərbi və humanitar yardım yüklərinin fasiləsiz axınına şərait yaradacaq. Ətraflı