Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:20
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Gecə Rusiya ordusu Xarkovu atəşə tutub

Xarkovda şəhər xəstəxanası, yaşayış binaları və Nemışlyanski rayonunun sənaye zonası atəşə tutulub. Məlumata görə, nəticədə 9 mərtəbəli iki yaşayış binasında bir neçə mənzil yanıb. Bir nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Qubernator Oleq Sinegubovun sözlərinə görə, son 24 saat ərzində Rusiya ordusu Xarkovu 3 dəfə artilleriya atəşinə tutub. Amma Rusiya qoşunlarının hücuma keçmək cəhdlərinin uğursuz olduğunu bildirir.

Buça yaxınlığında daha bir kütləvi məzarlıq tapılıb

Kiyev vilayət polisinin verdiyi məlumata görə, Buça yaxınlığında- Miroskoye kəndi yaxınlığında yeni kütləvi məzarlıq tapılıb. Kütləvi məzarlıqda əlləri və gözləri bağlanmış üç kişinin basdırıldığı üzə çıxıb. Region polisinin rəisi Andrey Nebytovun dediyinə görə, ölənlərin cəsədlərində işgəncə izləri aşkar edilib. Onlar qulaqlarından güllələniblər.

Dəfn vaxtı və bir sıra digər hallara görə, kişilərin Kiyev yaxınlığında olarkən rus hərbçiləri tərəfindən öldürüldüyü bildirilir.

Bu, Kiyev vilayətində rus qoşunları oranı tərk etdikdən sonra tapılan çoxsaylı məzarlıqlardan biridir. Rusiya Kiyev yaxınlığındakı Buça, Borodyanka və digər şəhərlərdə törədilən vəhşiliklərdə öz hərbçilərinin iştirakını inkar edir və onlar haqqında yayılan xəbərləri “saxta” adlandırır. Ukrayna hakimiyyətinin məlumatına görə, ümumilikdə Kiyev vilayətinin ərazisində Rusiyanın işğalı zamanı həlak olmuş 1200-dən çox mülki vətəndaşın cəsədi tapılıb.

Azovstal sığınacağından 20 mülki şəxs təxliyyə olunub

Mariupol, Azavstal zavodu, 22 aprel 2022
Mariupol, Azavstal zavodu, 22 aprel 2022

İki aydan bəri Rusiya ordusu tətəfindən mühasirədə saxlanılan Mariupoldakı Azovstal metallurgiya zavodunun sığınacağından şənbə günü 20 nəfər təxliyyə olunub. Bu barədə elə zavodun sığınacağında Rusiya ordusuna müqavimət göstərən Azov alayının komandir müavini Svyatoslav Palamar videomüraciətində məlumat verib. Ətraflı

Nikolayev vilayətində partlayış

Ukraynanın Nikolayev vilayətində güclü partlayışın baş verdiyi bildirilir. Vilayət administrasiyasının rəhbəri Vitali Kim "İşğalçılar Ukrayna gübrələrinə qarşı" başlığı ilə fotoşəkil yayımlayıb. Partlayışın dəqiq nə olduğu və qurbanların olub-olmadığı hələlik məlum deyil. “Strana.ua” nəşri isə bir zavodun və ya mineral gübrə anbarının atəşə tutulduğunu irəli sürüb. Daha sonra Kim başqa teleqram səhifəsində bir fotoşəkil yerləşdirərək, "Bulud artıq ağdır, biz havanın tərkibini yoxlayırıq" şərhini yazıb.

Davamı

XS
SM
MD
LG