ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Ukraynada
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşün videosunu yayıb. O, "ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdiyiniz üçün təşəkkür edirik!" deyə yazıb.
Xarkov atəşə tutulmaqda davam edir
Xarkovun şimal və şərq rayonlarında sakinlərinə tövsiyə olunur ki, bütün günü sığınacaqdan çıxmasınlar. Bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. Belə çağırış Xarkovun atəşə tutulması ilə bağlıdır.
"Hətta hava hücumu xəbərdarlığı olmasa belə. Ayıq olun, təhlükəsizlik birinci yerdədir", - Sinegubov deyir. Ötən gün ərzində Xarkov üç dəfə atəşə tutulub, Saltovka, Pyatixatki və Xarkovdakı aeroport ərazisi zərər çəkib. UNİAN xəbər verir ki, Balakleyski rayonunda bir nəfər xəsarət alıb. Xarkov merinin dediyinə görə, şəhərdə yaşayış binalarının 25%-i yaşayış üçün yararsızdır, məktəblərin 50%-i dağılıb. Mayın 1-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Slobojanski istiqamətində Rusiya ordusu Xarkova aviazərbələr endirməkdə və artilleriyadan atəş açmaqda davam edib.
Rusiyanın Kursk vilayətində dəmir yolu körpüsü dağılıb
Ukrayna ilə həmsərhəd Rusiyanın Kursk vilayətində yükdaşımalarda istifadə olunan dəmiryolu körpüsünü dağılıb. Bu barədə vilayət qubernatoru Roman Starovoit bazar günü özünün teleqram səhifəsində bu barədə məlumat paylaşıb. Hələ müəyyən edilməmiş səbəblərdən Sudja-Sosnovıy Bor zolağında yük daşınması üçün istifadə edilən körpünün qismən dağılıb-deyə yazan qubernator ölən və yaralananlar olmadığını vurğulayıb.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri, Rusiya ilə sərhəd rayonlarından keçən dəmir yollarının zədələnməsi ilə bağlı bir neçə xəbər yayılıb. Rusiya hakimiyyəti səbəb kimi körpü və yolların partladılmasından danışmayıb. O cümlədən bu işdə əli olanların həbsi barədə məlumat verilməyib.
Ukrayna dəniz limanlarını rəsmən bağlayır
Ukrayna dörd dəniz limanı Rusiyanın əlinə keçəndən sonra onları müvəqqəti bağladığını elan edib. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi mayın 2-də bildirib ki, Berdyansk, Mariupol, Skadovk və Xerson limanları Ukrayna onlara nəzarəti bərpa edənəcən qapalı qalacaq. Prezident Vladimir Zelenski mayın 2-də bildirib ki, Rusiyanı Qara dənizdəki daşıma yollarına nəzarət etməsindən dolayı Ukrayna on milyonlarla ton buğda itirə bilər. Ətraflı