Rusiyanın 'Cənubi Rus' planı
Rusiya hakim partiyasının aparıcı rəsmilərinin hazırladığı sənəddə Ukraynada işğal olunmuş bəzi vilayətlərdə "Cənubi Rus" adlı yeni dövlətin yaradılması çağırışı yer alıb. AzadlıqRadiosunun əldə etdiyi sənəd layihəsi "Cənubi Rusiya Xalq Şurasının Manifesti" adlanır, 16 aprel tarixlidir. Ancaq bu sənəddə "Cənubi Rus"un işğalda olan konkret hansı əraziləri əhatələyəcəyi açıqlanmır. Ətraflı
Mariupol sakini: Gün ərzində altı konservdən iki vedrə şorba bişirib ancaq onu yeyirdik
Ukrayna müharibəsi Avropada demoqrafiyanı necə dəyişir
Avropanın bəzi ölkələri Rusiyanın Ukraynaya hücumunun səbəb olduğu immiqrant axınından faydalana bilər. Bu haqda "The Economist" yazır. Dərgi qeyd edir ki, müharibədən öncə avropalıların çoxu regionun yaşlanmasından, ölümün doğumu üstələməsindən narahat idilər. Ukraynada müharibə başlayandan əsasən qadınlar və uşaqlar olmaqla 5.3 milyon ukraynalı Qərbə qaçıb. Polşa onların yarıdan çoxunu qəbul edib. Paytaxt Varşavanın əhalisi bir neçə həftəyə 17 faiz artıb. Ətraflı