Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:41
Mariupolun atəşə tutulması
Mariupolun atəşə tutulması

İşğalın 46-cı günü-məktəb və yaşayış binası atəşə tutulub

Rusiyanın Ukraynaya hücumunun 42-ci günü haqda burada oxu

Avropa İttifaqı qaçqınlara kömək üçün bir milyard avro vəd edir

Avropa İttifaqının rəhbəri Ursula fon der Leyen Varşavada Ukraynaya dəstək məqsədilə keçirilən xeyriyyə tədbirində çıxış edərək, Avropa İttifaqının (Aİ) qaçqınlara kömək üçün bir milyard avro ayıracağını bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 600 milyonu Ukrayna hakimiyyətinə və qismən də BMT-yə, 400 milyon avro isə ukraynalı qaçqınları qəbul edən ölkələrə gedəcək.

Ukrayna mənbələri: Boris Conson Kiyevdədir

Ukrayna mənbələri xəbər verirlər ki, Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevdədir. Onun Kiyevə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün səfər etdiyi bildirilir. Həm də vurğulanır ki, belə bir səfər barədə əvvəlcədən xəbər anonsu edilməyib. Ukrayna Prezident ofisinin rəhbəri Andriy Sybiha özünün facebook səhifəsində iki liderin görüş fotosunu paylaşıb.

Kəşfiyyat Rusiya ordusunun Xarkov istiqamətində cəmləşdiyini bildirir

Ukrayna kəşfiyyatının məlumatları göstərir ki, Rusiya hərbçiləri Ukraynanın şərqində yenidən qruplaşır və bundan sonra onlar Xarkova doğru hərəkət etməyi planlaşdırırlar. Ətraflı

Rusiya - Kiyevdən geri çəkilmə və Kremlin özü tərəfindən etiraf edilən çoxsaylı itkilər fonunda - Ukraynadakı əməliyyat komandirini dəyişib. Bu barədə BBC məlumat yayıb.

Aleksandr Dvornikov, 5 may 2018
Aleksandr Dvornikov, 5 may 2018

Məlumatda vurğulanır ki, Cənub Hərbi Dairəsi qoşunlarının komandanı Aleksandr Dvornikov yeni komandir olub. Onun ikinci Çeçenistan müharibəsində və Rusiya hərbçilərinin Suriyadakı hərbi əməliyyatlarına rəhbərlik etdiyi bildirilir.

Davamı

XS
SM
MD
LG