Orban Putini danışıqlara çağırır
Macarıstanın Baş naziri Viktor Orban deyir ki, aprelin 6-da Rusiya Prezidenti Vladimir Putinlə danışıb və ondan Ukraynada dərhal atəşkəs elan etməyi xahiş edib. Orban Putini Macarıstana – Ukrayna, Fransa prezidentləri və Almaniya kansleri ilə danışıqlara dəvət etdiyini deyib. Onun sözlərinə görə, Putinin reaksiyası "müsbət" olub, amma deyib ki, bunun üçün şərtləri olacaq. Ətraflı
Ukrayna müharibəsində vurulan ən nəhəng təyyarə
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Həmin vaxtdan bu yana Ukraynanın bir sıra şəhərləri viran qoyulub, yüzlərlə dinc sakin qətlə yetirilib. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və öz qoşunlarını Ukraynadan geri çəkməyə çağırır.
NATO Ukraynaya əlavə silah göndərəcək
NATO-nun məlumatına görə, Rusiya Ukraynada yeni hücuma hazırlaşır, bu dəfə cənub istiqamətində. Məqsəd Krımla quru əlaqəsi yaratmaqdır.
Qüvvələr geri çəkilir, amma...
"Putin və onun komandanlığı operativ məqsədlərinə korrektə etməyə başlayıblar. Əməliyyatın əsas məqsədi – Ukraynanın məhvi dəyişməz olaraq qalır. Məncə, hazırda onların real hesab etdiyi – işğal zonasını cənubdan Dnepr boyunca və Xarkov xəttinə qədər genişləndirməkdir. Rusiya növbəti iki-üç aya qarşısına bu əməliyyat məqsədlərini qoyacaq", – hərbi ekspert Aleksey Melnikov deyib. Ətraflı