Rusiyadan kömür idxalına qadağa təklif edilir
Avropa İttifaqının (Aİ) icraedici qanadı aprelin 5-də Rusiyadan kömür idxalına qadağa təklif edib. Qəbul edilərsə, bu, Rusiyanın gəlirli enerji sənayesinə ilk sanksiya ola bilər. Aİ Rusiyadan ildə 4.5 milyard dollarlıq kömür idxal edir. Ətraflı
Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı fermer bunları bilməlidir
MDB məkanında Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə Rusiyadır. Rusiyaya, əsasən, meyvə-tərəvəz, qoz-fındıq göndərilir. Ukraynaya hücumundan sonra kəskin iqtisadi sanksiyalar altında olan Rusiyada ixracatçı da bir sıra çətinliklərlə üzləşir.
Qara dənizə yayılmış minalar Türkiyədə balıq ovunu əngəlləyib
Türkiyənin Müdafiə Nazirliyi təkcə üç gün ərzində ölkə sahillərində iki mina aşkar edildiyini bildirir. Bu minalar Bosfor boğazı və hətta Aralıq dənizinə gedib çıxa bilər.
Zelenski Rusiya ilə danışıqlardan 'başqa seçim' olmadığını deyir
Ukrayna Prezidenti Vladimir Zelenski deyir ki, müharibəni bitirmək üçün Rusiya ilə danışmaqdan "başqa seçim" yoxdur. Zelenskinin sözlərinə görə, Ukrayna özü üçün digər ölkələrin təhlükəsizlik qarantiyası verəcəyi rəsmi neytral dövlət statusu təklif edib. O, bugünkü müsahibəsində deyib ki, Ukrayna, hələlik, təhlükəsizlik qarantiyası verməyə hazır ölkələrin yekun siyahısını hazırlamayıb, danışıqlar davam edir. Ətraflı