Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 13:10
Mariupolun atəşə tutulması
Mariupolun atəşə tutulması

İşğalın 46-cı günü-məktəb və yaşayış binası atəşə tutulub

Rusiyanın Ukraynaya hücumunun 42-ci günü haqda burada oxu

Dumanın Youtube kanalı bloklanıb

Rusiya Dövlət Dumasında İran prezidenti çıxış edir, 20 yanvar 2022
Rusiya Dövlət Dumasında İran prezidenti çıxış edir, 20 yanvar 2022

Google 145 mindən çox abunəçisi olan Rusiya Dövlət Dumasının YouTube kanalını bloklayıb.Bu barədə Duma TV teleqram kanalı məlumat paylaşıb. Roskomnadzor isə Youtube videohostinqindən Duma telekanalının fəaliyyətini bərpa etməyi tələb edib.

Duma rəhbəri Vyaçeslav Volodin bloklanmağı “Vaşinqton tərəfindən vətəndaşların hüquq və azadlıqlarının pozulmasının daha bir sübutu” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında “görünür, YouTube öz hökmünü imzalayıb” deyə yazıb. Ukraynada müharibəni başlayandan sonra Rusiya Facebook, Instagram, Tvitter və s. sosial şəbəkə platformalarına girişi bloklayıb. Dəfələrlə Yotube platformasını bloklayacağını bəyan edib.

Rusiyada müharibə əleyhinə təkbaşına aksiyalar

Aprelin 9-da Xabarovskda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə əleyhinə və Putinə qarşı təkbaşına piketlər olub. Təkbaşına piket keçirənlərdən biri Nikolay Zodçiy olub. Başı üzərində “Lənət olsun raşizmə” plakatı qaldıran Nikolay Zodçiy polislərin ona yaxınlaşdığı ərəfədə "Putin hərbi cinayətkardır, Putin sən məsuliyyətdən qaça bilməyəcəksən, sən cəhənnəmdə yanacaqsan. Xabarovski müharibənin əleyhinədir " deyə bildirib. Həmin an polislər onu saxlayıblar və etirazçını ordunu gözdən salmaqda və maska taxmamaqda ittiham ediblər

İndiyə qədər 176 uşaq həlak olub, 320 uşaq yaralanıb

Ukraynada müharibə başlayandan bəri 176 uşaq həlak olub, 320-dən çox uşaq yaralanıb. Bu barədə Ukraynanın Baş Prorkurorluğu məlumat yayıb. Təkcə aprelin 8-də Donetsk vilayətinin Kramatorsk dəmiryol vağzalına raket hücumu nəticəsində 5 uşaq həlak olub, 16 uşaq yaralanıb.

Bayden Rusiya və Belarusa qarşı daha iki ələvə sanksiya layihəsini imzalayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Rusiya və Belarusa qarşı əlavə sanksiyaları nəzərdə tutan iki qanun layihəsini imzalayıb. Ağ Evin bəyanatında deyilir ki, bunlardan biri "Rusiya neftin idxalının dayandırılması", digəri isə “Rusiya və Belarusla normal ticarət münasibətlərinin dayandırılması” dır.

Davamı

XS
SM
MD
LG