Mirqorod və Çernomorsk şəhərləri atəşə tutulub
Rusiya qoşunlarının Ukraynanın Mirqorod şəhərinə raket zərbəsi endirməsi nəticəsində infrastruktur obyektləri dağılıb, iki nəfər həlak olub. Poltava vilayətinin rəhbəri Dmitri Lunin bu barədə məlumat verib.
Bundan başqa aprelin 9-u səhər saatlarında Odessa vilayətinin Çernomorsk şəhərinə də raket hücumu həyata keçirilib. Bu barədə şəhər meri Vasili Qulyayevə istinadla məlumat yayılıb.
Slovakiya Ukraynaya S-300 verir
Slovakiyanın Baş naziri Eduard Heqer ölkəsinin Ukraynaya sovet istehsalı S-300 havadan müdafiə sistemləri verdiyini deyir. Ətraflı
Aİ Rusiyadan kömür idxalını qadağan edir
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinə görə beşinci sanksiya paketini razılaşdırıb. Kömür idxalının qadağan edilməsi və Aİ limanlarına Rusiya gəmilərinin buraxılmaması da paketə daxildir. Ətraflı
Vağzala raket atılıb
Ukraynanın şərqində Kramatorsk dəmiryol vağzalının raket ilə vurulması nəticəsində 30-dan çox adam həlak olub, 100-dən çox yaralı var. "Kramatorsk dəmiryol vağzalına iki raket atılıb", – Ukrayna Dəmiryolları İdarəsi bəyanatında bildirib. Ətraflı