NATO Gürcüstana da dəstəyi gücləndirəcək
NATO-nun rəsmi saytında dərc olunmuş məlumatda habelə deyilir ki, alyans nazirləri Rusiya təcavüzü təhlükəsində olan başqa partnyorların, o cümlədən Gürcüstan və Bosniya-Herseqovinanın müqavimətinin artırılması barədə razılığa gəliblər. Ətraflı
Rusiya Çinə yuanla kömür və neft satacaq
Çinin bir sıra şirkətləri martda Rusiya kömürü üçün yuanla ödəniş ediblər və ilk yük bu ay Çinə getməlidir. Treyderlərin sözlərinə görə, bu, yuanla alınan ilk xammal olacaq. Asiyanın ən böyük iqtisadiyyatına Rusiya neftini də yuanla almaq təklif olunub və artıq ilk karqo mayda müstəqil emalçılara çatdırılacaq. Ətraflı
Türkiyədən Ukraynaya hərbi ixracat 30 dəfə artıb
Ötən illə müqayisədə bu ilin birinci rübündə Türkiyədən Ukraynaya müdafiə avadanlığı və mallarının satışı 30 dəfə artıb. "Reuters" Türkiyə İxracatçılar Assosiasiyasına istinadən yazır ki, bu müddət ərazində Türkiyədən Ukraynaya 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib. Ətraflı
Kiyevə təkrar hücum ola bilərmi
Aparıcı müdafiə rəsmisi isə Putinin uzunmüddətli hədəflərinin aydın olmadığını söyləyib. ABŞ və müttəfiqləri Putinin Donbasdakı hədəflərini tamamlayandan sonra Kiyev regionuna yenidən hücum edəcəyi ehtimalına hazırlaşırlar, bunu etməyə yetərincə qüvvə və texnikasının qaldığı güman edilir. Bunu CNN-ə ABŞ və Avropa rəsmiləri deyib. Ətraflı