Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05
Mariupolun atəşə tutulması
Mariupolun atəşə tutulması

İşğalın 46-cı günü-məktəb və yaşayış binası atəşə tutulub

Rusiyanın Ukraynaya hücumunun 42-ci günü haqda burada oxu

Rusiyaya məxsus 12 km-lik hərbi texnika karvanı

Bazar günü Maxar Technologies şirkəti Rusiya hərbi texnikasının Ukraynanın Xarkov vilayətindən keçdiyi 12 kilometrlik karvanı göstərən peyk görüntülərini yayımlayıb. Məlumatda bildirlir ki, şəkillərdə hərbi texnika və maşınlar Xarkovdan şərqdə yerləşən Bolşoy Burluk kəndindən cənuba doğru gedir. O da vurğulanır ki, görüntülər aprelin 8-də çəkilib.

Peyk görüntüləri, Donbas vilayəti
Peyk görüntüləri, Donbas vilayəti

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov bazar günü gecə saatlarında Rusiyaya məxsus hərbi karvanın dağıdılması barədə məlumat verib. Lakin söhbətin şəkilləri yayılan karvan olduğu və hərbi karvanın vurulduğu barədə məlumatın nə qədər doğru olub-olmadığı bəlli deyil.

Müharibə başlayandan Ukraynada 177 uşaq həlak olub, 336 uşaq yaralanıb

Ukrayna, 6 aprel 2022
Ukrayna, 6 aprel 2022

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından indiyədək 177 uşaq həlak olub, 336-dan çox uşaq yaralanıb. Ukrayna Baş Prokurorluğunun dərc etdiyi məlumatda belə deyilir.

BMT-nin İnsan Haqları bölməsi hesab edir ki, real rəqəmlər daha çox ola bilər. BMT-nin Uşaq Fondunun məlumatına görə, Ukraynada məcburi köçkün olan yetkinlik yaşına çatmayanların sayı 2,5 milyon nəfərdir.

Rusiya fevralın 24-də Ukraynaya hücüm edib. Müharibə 46 gündür ki, davam edir.

Əsas döyüşlərin Ukraynanın sərq və cənub bölgələrində getdiyi bildirilir

Ukrayna Baş Qərargahı bildirir ki, hazırda əsas döyüşlər ölkənin şərq və cənub bölgələrində gedir. Qeyd olunur ki, Rusiya hərbi qüvvələri İzyum şəhəri yaxınlığında və Xarkov vilayətində Ukrayna qüvvələrinin müdafiəsini yarmaq cəhdlərini davam edir. Donetsk vilayətində son sutka ərzində aktiv döyüşlər davam edib.

Ukrayna hərbçilərinin məlumatına görə, Maryinka yaxınlığındakı hücum dəf edilib, lakin Rusiya qüvvələrinin Donetsk vilayətinin şəhərlərini atəşə tutması davam edir. Məlumatda vurğulanır ki, Mariupolun müdafiə qüvvələri “blokadaya və xeyli üstün qüvvələrə baxmayaraq” müqavimət göstərməkdə davam edirlər və həm də şəhər əhalisinin dəmir yolu ilə təxliyəsi davam edir.

Rusiya mətbuatı isə Ukrayna silahlı qüvvələri tərəfindən Donetskinin Petrovski rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Rusiya və Belerus qeydiyyatı olan yük maşınlarının Avropaya girişi dayandırılıb

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya və Belarusda qeydiyyatda olan yük maşınlarının İttifaq ərazisinə girişini dayandırıb. Bu barədə Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb. O da bildirilir ki, Aİ ölkələrinin gömrük xidmətləri Ukraynaya müdaxiləsi səbəbindən Rusiyaya qarşı qəbul edilmiş beşinci sanksiyalar paketinə istinad ediblər.

Davamı

XS
SM
MD
LG